Son xəbərlər

 

Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucovun Qırğızstanın Beynəlxalq Poeziya Akademiyasının prezidenti, xalq şairi Omor Sultanov və “Türk Dünyasının Ədəbiyyatı” jurnalının baş redaktoru, Qırğızstanın görkəmli yazıçısı Aydarbek Sarmanbetov ilə Azərbaycan Səfirliyində görüşü keçirilib.

Qonaqlar Azərbaycan səfirinə iki qardaş ölkənin humanitar sahədə əlaqələrinin genişləndirilməsində gördüyü işlər üçün minnətdar olduqlarını bildirib.

 

Səfir qeyd edib ki, ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Son iki il ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilmiş, Azərbaycan mədəniyyətinin Qırğızstanda və Qırğız mədəniyyətinin Azərbaycanda daha yaxından tanıdılması üçün ardıcıl iş aparılmışdır.

Sonra Omor Sultanov redaksiya heyətinin sədri olduğu “Türk Dünyası Ədəbiyyatı” almanaxının ilk sayını Səfirə təqdim edərək, toplunun redaksiya heyətinə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, Tatarıstandan Ravil Fayzulinin, Türkiyədən Yaqub Öməroğlunun  və digər tanınmış ədəbi xadimlərin daxil olduğunu bildirmişdir. Sayda Azərbaycan ədəbiyyatından Xalq şairi Rəsul Rzanın və Hidayətin, Türkiyədən  Yunus Əmrənin, Nazim Hikmətin, Özbəkistandan Şükrullonun, Qazaxstandan Abayın, Qaraçay-Çərkəzdən Fəridə Sidəhmədovanın, Qaqauziyadan Todur Zanetin və digər türk xalqlarının görkəmli yazıçılarının əsərlərindən nümunələr çap olunmuşdur.

Səfir belə profilli dərginin çapına və Azərbaycan ədəbiyyatına göstərilən diqqətə görə təşəkkürünü bildirmiş, qonaqların xahişinin nəzərə alınacağını və nəşrin davam etməsi üçün yardımçı olacağını bildirib.  

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə