Azərbaycan Yazıçılar Birliyində (AYB) Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, AYB sədri, xalq yazıçısı Anar Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan danışıb. O bildirib ki, yazıçılar H.Əliyevin diqqət və qayğısını hiss ediblər: “O, Azərbaycan ədəbiyyatının qayğıkeşi idi. Yazıçıların yubileylərində, bizim tamaşalarımızda iştirak edər, nə çətinliyimiz olardısa, maraqlanardı, onların həll olunmasında köməklik göstərirdi”.

Ardını oxu...