Bu gün Azərbaycan Yazıçılar Birliyində “Nəsimi” Mükafatının növbəti təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Xalq yazıçısı Anar mükafatın tarixindən danışıb. “Bir neçə il öncə katibliyin qərarı ilə müxtəlif mükafatlar təsis edildi. Onlardan biri də Nəsimi Mükafatıdır. Nəsimi Mükafatı hər iki ildən bir Novruz bayramı ərəfəsində təqdim olunur. Bu mükafat ilk dəfə İsa Hüseynova (Muğanna) təqdim edildi. Bu il də görkəmli Xalq şairi, Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri Vaqif Səmədoğluna təqdim edilir.”

Mükafat təqdim edildikdən sonra Vaqif Səmədoğlu Yazıçılar Birliyinə öz minnətdarlığını bildirib: “Mən indi elə durumdayam ki, sevinc yaşamağa böyük ehtiyacm var. Sevinc mənə dərman kimi gəlir. Bu gün mənim sevincimə səbəb oldunuz. Buna görə şəxsən hamınıza dərin minnətdarlığımı bildirirəm.”

Tədbirdə Xalq şairi Zəlimxan Yaqub da iştirak edib. Xalq yazıçısı Anar Zəlimxan Yaquba AYB-nin yeni üzvlük vəsiqəsini təqdim edib.

 

AYB Mətbuat Xidməti

19.03.2014

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə