Yanvarın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Sabir Sarvanın 60 illik yubileyinə həsr edilmiş tədbir təşkil olunub. Tədbiri giriş sözüylə Birliyin katibi Rəşad Məcid açaraq S. Sarvanın poeziyasından danışıb: “Sabir şeirləri ilə insan təbiətini saflaşdıran, duruldan bir şairdir. O, bədii yaradıcılıqla yanaşı ictimai fəaliyyətlə də məşğuldur. Yazıçılar Birliyinin ən yaxşı fəaliyyət göstərən qurumlarından biri Sumqayıt şöbəsidir. Bu, heç şübhəsiz, Sabirin əməyi, əzmi, iradəsi və təşkilatçılığı ilə başa gəlir”.

Ardını oxu...



Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda, Əsir və itkin düşmüş, girov götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə çap olunan “Qətl edilmiş uşaqlar” kitabının təqdimat mərasimi keçirilib. 

Ardını oxu...


Yanvarın 17-də Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli türkoloq, professor Tofiq Məliklinin “Türk ədəbiyyatı tarixi” kitabının rusca nəşrinin təqdimatı keçirilib. Tədbiri AYB sədri, Xalq yazıçısı Anar açaraq kitab haqda məlumat verib: “Tofiq Məliklinin bu kitabı çox qiymətli nəşrdir. Moskvada da çap olunub və orada kitab haqda yazım da dərc edilib. Ümid edirik ki, yaxın zamanlarda Azərbaycan dilinə çevriləcək”.

Ardını oxu...