Qəşəm Mirzə oğlu Nəcəfov 1959-cu il aprel ayının 1-də Azərbaycan SSR İmişli rayonunun Əliqulular kəndində anadan olub.

Təhsili

1976-cı ildə İmişli Rayon Əliqulular kənd orta məktəbini bitirb.

1981-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun ədəbiyyat fakültəsini bitirib.

Fəaliyyəti

Uzun illər orta məktəb və unversitetlərdə ali kateqoriyalı ədəbiyyat müəllimi işləyib. Hazırda Azərbaycan Yazıçılar Birliyinin "Azərbaycan" jurnalında poeziya söbəsinin müdiri, uşaq ədəbiyyatı seksiyasının rəhbəri, Azərbaycan Respublikası Milli Radio Və Televiziya Şurasının ekspert şurasının üzvü və "Təfəkkür" Unversitetində baş müəllimdir.

Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında mintəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib. Şairin indiyə kimi 19 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Şairin Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan(Ərəb qrafikası ilə), Türkiyədə türk və Kolumbiyada ispan dillərində kitabları nəşr olunub.

Şair uşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin Tofiq Mahmud adına mükafatına layiq görülüb. Tənqidcilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir.

2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub.

2007-ci ildə şeirləri Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülüb.

Əsərləri

1. “Sevginin sonunu deməyin mənə” Bakı,Yazıçı-1986

2. “Yatmış dəniz şəkli” Bakı, Gənclik-1990

3. “Bir gəlin dalğa ilə yan-yana”Bakı, Göytürk-1994

4. “Gülümsəyən ağac” Bakı, Göytürk-1995

5. “Şeirimin bəxti” Bakı, Göytürk-1995

6. “Sevmək istəyirəm təzədən” Bakı, Göytürk-1996

7. “Sarı sim” Bakı, Göytürk-1997

8. “Sən yadıma düşəndə” Bakı, Qanun-1997

9. “Özümə doğru” Bakı, Azərnəşr-1998

10. “Ömür kitabıma düzəliş” Bakı, Azərnəşr- 2001

11. “Və sairə” Bakı, Nurlar-2004

12. “Hüseynbala Mirələmovun ədəbi həqiqətləri” Bakı, Şəms-2005.

13. “The Evening Stories”(Axşam hekayələri) ingilis dilində. Bakı, Şəms-2007

14. “Prebraşenie” (Çevrilmə) Rus dilində. Bakı, Araz-2007

15. “EENWORDING“ (Birləşmə) Holland dilində. Hollandiya, Amsterdam-2007

16. ”SKETCHES OF PRISON” (Həbsxana etüdləri) İngilis dilində. Hollandiya, Amsterdam-2007

17. “Qadının ölümü” Bakı, Vektor-2008

18. “Savaş, ayakkabı, ölüm” Ankara. Bengü-2008

19. Ölülər bizə gülür” Tehran-2008

20. “Oğlum qapını aç, qapıda bir külək ölür” Şirvannəşr- 2009

21.”Barmaqların öpüşü” fars dilində Iran, Tehran-2009

22.”Şeirin içindəki adam” esselər, məqalələr, Bakı, yazıçı- 2010

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə