![]() |
![]() ![]() |
Əsasən romanlar və hekayələr müəllifi kimi tanınır. Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib.
Q.Q.Markesin "Patriarxın payızı", T.Vulfun "Dünyanın hörümçək toru" romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin "Mövcudluq haqqında həqiqət", Ə.Qəzalinin "Səadət iksiri", "Oğluma məktub", "İlahi bilik", İbn Ərəbinin "Məkkə açıqlamaları" və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
"Can üstə", "O məni sevir", "Yol üstə" pyeslərinin müəllifidir. Əsərləri əsasında "Sərçələr", "Qonaqlıq", "Gecə", "Cəza" televiziya filmləri çəkilib.
2000-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan "Avropa şərqşünaslığında qadın yazarlar").
"Humay" Milli Akademiyası mükafatı laureatıdır. Afaq Məsud 16 may 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilmişdir.
23 dekabr 2015-ci ildə TÜRKSOY-un "Haldun Taner" mükafatına layiq görülmüşdür.
Azərbaycanın Xalq yazıçısı Əli Vəliyevin nəvəsidir.
Yazıçı Məsud Əlioğlunun qızıdır.