Aydın DADAŞOV

POSTMODERNİZM MODERNİZMİN İNKARI KONTEKSTİNDƏ

 

 

Açar sözlər: modernizm, postmodernizm, layihə, Səfəvi, struktur

 

Key words: modernizm, postmodernizm, Project, Sefevi, structure

 

Klöçevıe slova: modernizm postmodernizm, proekt, Sefevi, struktura

 

Xətaiyəm, ağ atlıyam, Sözü şəkərdən dadlıyam, Murtəza Əli zatlıyam, Qazilər, deyin, şah mənəm. Şah İsmayıl Xətai

 

 

İslam-türk dünyasının davamlı olaraq yeniləşməsi prosesi, müasir terminlə ifadə etsək modernləşməsi parçalanmalardan, dağılmalardan sonra mahiyyəti qorumaq şərti ilə yeni məzmunların meydana gəlməsi ilə səciyyələnir. X əsrdən başlayaraq İranda sevgi ilə Allaha tədricən qovuşmağa çağıran sufiliyin formalaşması, məxsusi rəqslərin, avazla oxunan duaların təzahürü və çoxşəkilli epik təhkiyəni özündə birləşdirən faciəvi, mistik şəbih teatrının sonrakı əsrlərdə formalaşması, onun müasir rejissorların sələfi sayılan şəbihgərdanlar tərəfindən idarə olunması gələcəyə ünvanlanan təfəkkür tərzinin üzə çıxmasına şərait yaratdı. İki əsrə yaxın çəkəcək Səlib müharibəsi islamın Avropaya sirayət etməsinin qarşısını almaq adı altında aparılsa da, Şərqin sərvətlərinə malik olmaq kimi iqtisadi maraqların önə keçməsi Qərbin ideoloji baxımdan xristianların Beytül müqəddəs saydıqları Fələstini ələ keçirmə məqsədli siyasi-iqtisadi layihəsini üzə çıxardı. İsanın zühuru bəhanəsilə Fələstinə can atan xristianların, nəhayət ki, 1147-ci ildə burada qurduqları hakimiyyəti Səlahəddin Əyyubi tərəfindən süquta yetirilənə qədər 90 il davam etdi. Beləliklə, tarıxin spiralvari inkişafındakı çöküşlər – sıçrayışlar zəminində şiə təriqətli islam mədəniyyətinin tərkib hissəsi sayılan kütləvi ədəbiyyatın, sənətin, o cümlədən ta-maşaların formalaşmasına zəmin yarandı. Hind-əfqan qoşunlarını dağıdaraq Asiyanın birliyini bərpa edən, yüzillik səlib müharibələrinə də son qoyan Teymurun (1336-1405) yaratdığı növbəti modern layihə türk-islam tarixində mühüm rol oynasa da, onun kiçik Asiyanı və Bolqarıstanı hökmranlığı altına almış dördüncü Osmanlı padşahı İldırım Bəyazidin (1360-1403) döyüşərək şəhid olan oğlu Ərtoğrulun da ordusunu 1396-cı ildə Sivasda məhv etməsi Avropanın xilası, türklüyün isə çöküşü ilə nəticələndi. Altı il sonrakı Ankara döyüşü isə Konstantinopolun türklər tərəfindən zəbtini yarım əsr ləngitməklə Teymuru Asiya ilə kifayətlənməyə məcbur etdi. Qeyd edək ki, yalnız hərbi demokratiya prinsipilə ölkələr fəth edən Teymurdan sonra onun varisləri qurduğu imperiyanı çökdürsələr də, türk-islam layihəsini təmsil edən Osmanlı dövləti, hətta İldırım Bəyaziddən sonra da həyata davamlılığını sübut etdi.

DAVAMI "ULDUZ" JURNALINDA

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə