Bu gün Azərbaycan Yazıçılar Birliyində 20 yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirə aparıcılığı xalq yazıçısı Anar edib. Şəhidlərin ruhu bir dəqiqəlik sukutla yad edildikdən sonra tədbir iştirakçıları 20 yanvar hadisələrindən, Şəhid olmuş vətəndaşlarımızın qəhrəmanlıqlarından söz açıblar. Tədbirdə xalq şairi Fikrət Qoca, Arif Əmrahoğlu, Rauf Aslanov, İntiqam Qasımzadə, Abbas Abdulla, Nazim İbrahimov, Elçin Hüseynbəyli, Ramiz Həsənoğlu, Oqtay Rza, Adil Cəmil, Xəyal Rza, Dayandur Sevgin, Sayman Aruz və başqaları iştiarak ediblər.







Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə