“Qələm” nəşriyyatı “Tarixi şəxsiyyətlər” seriyasından uşaqlar üçün kitab nəşrini davam etdirir.

 

Nəşriyyat bu dəfə Elçin Hüseynbəylinin “Şah Abbas” romanını təqdim edib.

Romanı uşaqlar üçün tanınmış şair-tərcüməçi İbrahim İlyaslı işləyib.

Nəfis dizayn və zövqlə tərtib olunmuş kitab sərfəli qiymətə oxuculara təqdim olunur.

Bundan öncə nəşriyyat Vasili Yanın “İsgəndər” və “Çingiz xan”, eləcə də Uilyam Neyperin “Atilla” əsərlərini uyğunlaşdıraraq nəşr edib.

Kitabı şəhərimizin kitab mağaza və köşklərindən əldə etmək olar.

 AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə