Fevralın 25-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc yazıçı Sevinc Səfərovanın “Günah” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev müəllif və “Günah” romanı ilə bağlı fikirlərini bölüşüb: “Mən hər zaman gənclərlə söhbətim zamanı və ya müxtəlif tədbirlərdə çıxışlarım zamanı deyirəm ki, dünyaya çıxmağın, dünyada tanınmağın ən başlıca yolu xarici dillərdə çap olunmaqdır. Bu çox vacibdir. Hər gün yeni imzalar yaranır, gənclərimizin ədəbiyyata böyük marağı yaranıb və bu alqışa layiqdir. Onlardan biri də bu gün kitabının təqdimat mərasiminə toplaşdığımız Sevinc Səfərovadır. Yazıçılar Birliyinin üzvü olmasa da, mənə yeni kitabını təqdim etdikdə və mən bu kitabla tanış olduqdan sonra belə düşündüm ki, bu kitaba təqdimat etmək lazımdır. Düzdür, kitabda qüsurlar da var amma bu başa düşüləndir. Zaman keçdikcə yazıçı öz üzərində işləyir və işkişaf edir. Mən müəllifi bu uğurlu iş münasibətilə təbrik edirəm”. 

Tədbirdə Türkiyədən, Rusiyadan, İrandan təşrif buyurmuş tanınmış insanlar da iştirak ediblər. Türkiyəli rejissor Ünal Küpəli “Günah” romanını ilk dəfə çap olunmamış verisyada oxuduğunu bildirib: “Bu romanı oxuduğumda gözlərim önündə gözəl bir film canlandı. Bu mövzuda filmə rast gəlməmişəm. Ona görə müəllifə təklif etdim ki, gələcəkdə bunu ssenari halında işləyək və bir film çəkək”.

Çıxış edən digər qonaqlar da romanla bağlı fikirlərini bölüşüblər, Sevinc Səfərovanı “Günah” adlı ilk kitabı münasibətilə təbrik ediblər.

Sonda müəllif tədbir iştirakçılarına və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə öz minnətdarlığını bildirib.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə