Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Ədəbiyyat qəzetinin” saytının təqdimetmə mərasimi keçirilib. Kulis.azın məlumatına görə tədbirdə yazıçılar, şairlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə AYB sədrinin birinci müavini, xalq şairi Fikrət Qoca açıb. O, "Ədəbiyyat" qəzetinin uğurlarından bəhs edib və qəzetin saytının açılmasını yüksək qiymətləndirib.

Daha sonra Ramiz Rövşən, Seyran Səxavət, İlhaq Fəhmi, Şirindil Alışanlı, Səlim Babullaoğlu və başqa qonaqlar çıxış edərək qəzetin fəaliyyətindən danışıb, onun saytının açılmasını yüksək qiymətləndiriblər.

 Saytla yanaşı “Ədəbiyyat qəzeti” yayınları” seriyasından nəşr olunmuş ilk kitabın – həyatdan vaxtsız köçmüş şair Faiq İsmayılovun “İynəboyu böyük dünya” kitabının da təqdimatı keçirilib.

Daha sonra “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatının laureatları açıqlanıb. Nizami Cəfərov ədəbi-tənqidi məqalələrinə görə, Dilsuz Türk poeziyasının nəfis təqdimatına görə, Məti Osmanoğlu ədəbi- tənqidi-məqalələrinə görə, Mirmehdi Ağaoğlu ədəbi-publisistik fəaliyyətinə görə, Mətləb Ağa şeir və esselərinə görə, Nərgiz esselərinə görə “Əli bəy Hüseynzadə mükafatı”na layiq görülüblər.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə