Bakı Mühəndislik Univeristetində gənc yazar Səxavət Sahilin "Nar ağacının nəğmələri” kitabının müzakirəsi keçirilib. Tələbələrə yazarın yeni çap olunan  kitabı haqqında məlumat verən univeristetin müəllimi, ədəbiyyatşünas və tənqidçi Ülvi Babasoy "Nar ağacının nəğmələri”nin konseptual şeirlər toplusu kimi əhəmiyyətindən danışıb, müasir Azərbaycan ədəbiyyatında yeni bir istiqamət olduğunu bildirib. Görüşdə iştirak edən univeristetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının tələbələri kitab haqqında fikirlərini səsləndirib, müəllifə suallar veriblər.
  Sonda Səxavət Sahil tələbələr üçün yeni kitabını imzalayıb.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə