Türkiyənin Ankara şəhərində, TÜRKSOY-un mərkəzi ofisində Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr edilmiş tədbir təşkil olunacaq. Bu barədə məlumatı AYB.az-a TÜRKSOY-dan veriblər. Fevralın 5-də baş tutacaq tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Vaqif Səmədoğlunun xanımı, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Vəkilova da iştirak edəcəklər. Tədbirdə Vaqif Səmədoğlunun sözlərinə yazılmış nəğmələr ifa olunacaq və qiraət ustaları Xalq şairinin şeirlərini səsləndirəcəklər.

 

AYB.az                               

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə