Son xəbərlər

 





Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin yazıçıları Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində qədim el adətlərindən olan Xızır Nəbi gününü qeyd etdilər.


Tədbiri AYB Abşeron bölməsinin sədri yazıçı Şəhla Ağbulud açaraq əsirlərdən bəri bizə ulularımızdan miras qalan Xızır Nəbi günü haqqında inanclardan danışdı. Xızır Nəbiyə həsr etdiyi şeiri söylədi. Xanım şairələrin hazırladığı səhnəcik göstərildi,bayatılar deyildi.Təyyar Musayevin ifasında “ Qarabağ şikəstəsi “ ,aşıqların ifasında “Aşıq Qərib dastanından” parçalar dinlənildi , 2 saylı tam orta məktəbin şagirdi İncinin ifasında “Uzundərə “ rəqsi təqdim olundu.
Şairlər Yusif Hüseyn, Eyvaz Məmmədoğlu ,Məlahət Yusifqızı, Rəna Mərzili, Mütalib Tahiroğlu, Xalqverdi Laçınlı, Sədayət Sədat , Məmməd Kərəmi, Məmməd Əfəndi, Əbülfət Hocazlı, Cəfər Mehman, Sənan Cıraq, Şəfəq Sahibli və başqaları özlərinin vətən, bahar və məhəbbət mövzusunda şeirlərini oxudular.

Tədbirdən sonra Xırdalan şəhər Heydər Əliyev adına parkda gəzinti təşkil olundu. Sazın sədaları altında milli geyimli xanımlar şəhər sakinlərinə Xızır şirniyatlarından kömbə, qovut, qovurğa payladılar və onları Xızır Nəbi bayramının tarixi və adət-ənənələri ilə tanış etdilər.

Şamo Əliyev

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə