Son xəbərlər

 

Bu dəfə Abşeronlu yazıçıların qonağı hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydalarda fəaliyyət göstərən vəkil Novruz Əliyev olub.

 

AYB-nin Abşeron bölməsinin sədri şairə Şəhla Ağbulud qonaqları salamladıqdan sonra sözü N.Əliyevə verib.

Novruz Əliyev vətəndaşların hüquqları pozularkən hansı hüquqlarının pozulmasını bilmək və hansı orqanlara hansı sənədlərlə müraciət etmək qaydaları haqqında danışıb.

Sonra bölmə üzvləri N.Əliyevə onları maraqlandıran və narahat edən suallarla müraciət ediblər.

Hüquqşunas N.Əliyev şair Sədayət Sədatın “ermənistanın Azərbaycana vurduğu ziyanın necə ödənilə biləcəyi”, şair, professor Rəhim Rəhimlinin “əmlakın ailə üzvləri arasında bölüşdürülmə qaydaları”, şair Qaçay Kəlbəcərli “torpaq sahəsinin sənədləşdirilməsi”, gənc şairə Günay Ümidin “sosial sığorta”, şair Xalqverdi Laçınlının “vərəsəlik”, Füzulişünas alim Hafiz Rüstəmin “müəllif hüquqları” barəsində verdiyi suallara ətraflı cavab verib. Eləcə də Əbülfət Hocazlı, İzzət Oğuz, Cəfər Mehman, Mütalib Tahiroğlu və başqaları onları maraqlandıran bir sıra suallara cavab alıblar.

Sonda N.Əliyev  belə görüşlərin əhali arasında keçirilməsinin əhəmiyyətli olduğunu, hər kəsin öz hüquqlarını bilməsinin vacibliyini bildirib və bu görüşü təşkil etdiyi üçün Şəhla Ağbuluda təşəkkür edib.

 

Şamo Əliyev

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə