Son xəbərlər

 



      Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsi və Abşeron Rayon  Təhsil şöbəsinin  birgə təşkil etdiyi “Mənim şeir dünyam” poeziya müsabiqəsi başa çatıb.

 

    Bu müsabiqədə Abşeron rayonunun 7 ümumtəhsil  məktəbindən  25 şagird iştirak edib.

    Bununla bağlı Xırdalan şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib. AYB Abşeron bölməsinin sədri  Yazıçı-publisist Şəhla  Ağbulud əvvəlcə bölmənin fəailiyyəti barədə məlumat verib və sənət adamlarına, ədəbiyyatın təbliğinə dəstək olduğu üçün Abşeron Rayon İcra Hakimiyyətinin Başçısının I müavini İradə Gülmmədovaya öz dərin təşəkkürünü bildirib.

   Abşeron Rayon Təhsil şöbəsinin müdiri Nadir Ağayev Azərbaycan dilinin gözəlliyi, saflığı barədə söz açıb, bu dilin poeziyya dili olduğunu vurğulayaraq şagirdlərə dilimizi qorumağı tövsiyyə edib.

   İradə Gülməmmədova, AYB Abşeron bölməsinin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. O, Abşeronda yaşayıb yaratmış xalq şairləri, bəstəkar, aktyor və başqa sənət sahibləri barədə söz açıb. Və bu günkü şagirdlərin sırasında gələçəkdə Azərbaycanı təmsil edəcək tanınmış sənət adamlarının olaçağına inandığını deyib.

   Sonra müsabiqənin qalibləri musabiqəyə təqdim etdikləri şeirlərini oxuyublar.

   Abşeron RİH adından İradə Glməmmədova, RTŞ-nın adından isə Nadir Ağayev qalibləri təbrik edərək onlara diplomlar təqdim ediblər.

Şamo Əliyev - Abşeron
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə