![]() |
![]() ![]() |
Abşeron rayon Heydər Əliyev Mərkəzində AYB-nin üzvü, şair Yusif Hüseynin “Kəlbəcər ağrılı dünyamdı mənim” adlı şeirlər kitabının təqdimatı keçirilib.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin sədri yazıçı-publisist Şəhla Ağbulud açaraq tədbir iştirakçılarına şairin təqdim olunan kitabı və yaradıcılığı haqqında məlumat verib.
Tədbirdə professor İlham Məmmədli, şair-tərcüməsi Adil Cəmil, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, şair Ələmdar Cabbarlı, professor Şirindil Alışanov, professor Şahlar Əsgərov, ön sözün müəllifi Vəliyəddin Misiroğlu və başqalar çıxış edərək Yusif Hüseynin yaradıcılığı ilə bağlı fikirlərini səsləndirərək müəllifi yeni kitabı münasibətilə təbrik ediblər.
Xanəndələr Təyyar Mirzəyev, Qəhrəman Qənbərov, Afət Nəbiyeva xalq mahnıları, muğam, İsmət Şirinli Uzundərə rəqsi ifa ediblər. Aşıqlar Famil Əhlimanoğlu, Əfsanə Cəlilova şairin sözlərini saz havası üstündə oxuyublar.
Əmakdar artist Şüküfə Musayeva rayon mədəniyyət şöbəsinin əməkdaşı Hürü Səmədova Yusif Hüseyinin şeirlərindən seçmələr söyləyiblər.
Sonda AYB Abşeron bölməsinin sədri Şəhla Ağbulud bölmənin adından şairə Diplom və hədiyyə təqdim edib.
Şamo Əliyev