8 iyun 2015-ci il  tarixdə Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsinin Mərkəzləşmiş Kitabxanalar Sisteminin oxu zalında Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin  təşkilatçılığı ilə tanınmış şair Əlövsət Muradın anım günü ilə bağlı tədbir keçirildi.

 

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Beyləqan  bölməsinin  sədri Asif Cəfərli açıq elan etdi və  birliyinin üzvü,  tanınmış şair Əlövsət Muradın xatirəsinin bir dəqiqəlik sükutla  yad edilməsini bildirdi. Azərbaycan Yazıçılar Birliyinin  Beyləqan bölməsinin sədri Asif Cəfərli AYB-nin üzvü Əlövsət Muradın ömür yolundan ətraflı bəhs etdi.  Vurğuladı ki, Əlövsət Murad yaxşı ailə başçısı, yaxşı dost, təcrübəli müəllim, bacarıqlı iqtisadçı, təcrübəli qəzet işçisi,Vətənini  sevən əsl  Azərbaycanlı olması barədə də  tədbir iştirakçılarına ətraflı və geniş  məlumat verdi.

Şairin dostları Elman İsrafiloğlu, Mehman Əliyev, Ağa Savalan,  Bəhram Fərmanzadə, Rövşən Budaq, Allahverdi Kərimoğlu, Tahir Həsənov, Fazil Əsəd, Feyruz Hilaloğlu, Amil Quliyev və başqaları çıxış edərək şair Əlövsət Muradı vaxtsız itirdikləri üçün  yana-yana danışdılar.Onun vaxtsız dünyadan köçməsinə kədərləndiklərini bildirdilər. çıxış edənlər qeyd etdilər ki, ədəbiyyatımıza, AYB-nə böyük itgi üz verib. Tədbirdə şairin yazdığı  şeirlər  oxundu.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə