Son xəbərlər

 

AYB -nin Beyləqan bölməsinin təşəbbüsü ilə Beyləqan rayon Mərkəzi Kitabxanasında Azərbaycanın xalq şairi Fikrət Qocanın 80 illik yubileyinə həsr edimiş tədbir keçirilb.

Tədbiri giriş sözü ilə açan AYB-nin Beyləqan bölməsinin sədri Asif Cəfərli xalq şairinin həyat və yaradıcılığı haqqında danışıb. Sonra söz şair - publisist Fehruz Hilaloğluya verilib. F.Hilaloğlu Fikrət Qocanın Azərbaycan ədəbiyyatında necə
mühüm bir yer tutduğundan, eləcə də şairin sənətkarlıq xüsusiyyətlərindən və yaradıcılığının bədii məziyyətlərindən söz
açıb. Daha sonra Beyləqan rayon Mərkəzi Kitabxanasının müdiri Gültəkin Məmmədova görkəmli xalq şairinin yubileyi ilə bağlı keçirdikləri tədbirlər və təşkil etdikləri müsabiqələr barədə ətraflı məlumat verib. AYB üzvü şair B.Fərmanzadə xalq şairi ilə görüşlərindən danışaraq ona həsr etrdiyi şeirini söyləyib. AYB üzvlərindən E.İsrafiloğlu, R.Budaq, şairlərdən Q.Qəmli, A.Kərimoğlu, A.Savalan, F.Əsəd, İ.Kəbirli, E.Kərimoğlu, eləcə də kitabxana işçilərindən Q.Fərhadova,  T.Əbilova,  F.Manaflı və b. F.Qoca haqqında ürək sözlərini söyləyərək ona həyatda, yaradıcılıqda yeni-yeni uğurlar arzulayıblar.

 

Fazil Əsəd

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə