AYB-nin Beyləqan bölməsi Xocalı  soyqırımı  ərəfəsində bu  münasibətilə  Füzuli, Xocavənd və Beyləqan rayonunun  qəsəbə və məktəblərində  “Yaddan çıxmaz Qarabağ”  lahiyəsinə start verib. 

Lahiyəyə əsasən  Füzuli, Xocavənd və Beyləqan  məktəblərində 22,23,24,25 fevral tarixlərində tədbirlər həyata keçiriləcək. Lahiyədə  əsas məqsəd Qarabağın tarixini,  ədəbiyyatını,  mədəniyyətini bir daha xatırlamaq, yaddaşlarda möhkəmlətmək, Qarabağ lövhələri  rəsm və  poeziya nümunələri toplamaqla, qəzet və jurnallarda  dərc etdirməkdir.  Müsabiqədə qalib gələn  gənclər, rayon  Gənclər və İdman,  təhsil həmkarlar təşkilatları  tərəfindən fəxri fərmanlar və digər mükafatlarla  qiymətləndiriləcək.  26 fevral 2016-cı il tarixdə  Beyləqan rayon Mədəniyyət  sarayında “Yaddan çıxmaz Qarabağ”  lahiyəsinin yekunu - Xocalı soyqrımı xatırlanacaq.  AYB-nin Beyləqan bölməsinin şairləri Xocalı haqqında  yazmış olduqları şeirləri, Asif Cəfərlinin  “Xocalının  naləsi bir ananın  haqq səsi”  kompozisiyası səsləndiriləcək.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə