Son xəbərlər

 

Bu günlərdə Beyləqan Mədəniyyət Mərkəzinin kiçik  salonunda  AYB-nin Beyləqan bölməsinin təşkilatçılığı ilə  mərhum Vaqif Cəfərlinin 60 illiyi təntənə ilə qeyd edildi.  Tədbirdə  AYB-nin Beyləqan bölməsinin üzvləri, bir çox ziyalılar, şairin dostları, orta məktəb müəllimləri və şagirdlər iştirak edirdilər. Yığıncaq  iştirakçıları şairi fəxarətlə yad etdilər.  Yığıncağı giriş sözü ilə  AYB-nin Beyləqan bölməsinin sədri Asif Cəfərli açdı. O, Vaqif Cəfərlinin həyat və  yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra söz  Mehman Əliyevə verildi. Mehman müəllim yığıncaq iştirakçılarını salamladıqdan sonra  Vaqif Cəfərlinin yaradıcılığından söhbət açdı. Sonra söz  Əliağa Mehdiyevə verildi. Ə.Mehdiyev Vaqif Cəfərlinin yaradıcılığından  danışdı.  Beyləqan şəhəri 4 nömrəli məktəbin şagirdi Gəncəli Ləman və bir çox məktəblilər  V.Cəfərlinin   şeirini söylədilər. Sonda  V.Cəfərlinin  həyat yoldaşı Solmaz xanım  tədbirin təşkilatçılarına  və  iştirakçılara  minnətdarlığını bildirdi.

AYB-nin Beyləqan bölməsi

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə