Son xəbərlər

 


27 may 2016-cı il  tarixdə  AYB-nin  Beyləqan  bölməsinin təşkilatçılığı ilə  Beyləqan  Diyarşunaslıq muzeyinin  akt zalında tədbir keçirildi.  Tədbirdə  Beyləqan Diyarşunaslıq muzeyinin  əməkdaşları, şair və yazıçılar, rayon  ictimayətinin nümayəndələri və  şəhər 4 saylı  məktəbin şagird və müəllimləri iştirak etdilər.

İclası  giriş sözü ilə  muzeyin direktoru Mehriban xanım açdı. O, XX əsrin əvvəllərində Qafqazda olan  ictimai-siyasi vəziyyətdən danışdı. Sonra  söz AYB-nin Beyləqan bölməsinin  sədri Asif  Cəfərliyə verildi.  A.Cəfərli  uzun illərdən sonra  Azərbaycanın  məhs bu illərdə  çiçəklənməsinin azadlıq, müstəqillik ruhundan danışdı.  Şərgin ilk  müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyətindən tarixi faktlarla danışıb misallar gətirdi. Sonra  muzeyin əməkdaşları  müstəgil  dövlətin azadlıq bəyannaməsi  haqqında məlumat verdi.  Muzeyin əməkdaşı   Müstəgil dövlətin ordu quruculuğu  haqqında  məlumat  verdi.  AYB-nin üzvü E.İsrafiloğlu müstəqillik dövründə Mədəniyyətimizin, təhsilimizin,  iqtisadiyyatımızın inkişafı və yolları haqqında məlumat verdi. Sonra AYB-nin  üzvü  Fazil Əsəd Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti haqqında geniş məlumat verdi. Şairlərdən  Feyruz Hilaloğlu, Ağa Savalan,  Rövşən Budaq Allahverdi Kərimoğlu, Tahir Həsənov,  Mirvari Qarabağlı və başqa  şair və yazıçılarımız  Müstəqil Respublikamızın gündən günə çiçəklənməsini qeyd etdilər, Müstəqilliyimizin əbədi olmasını arzuladılar.   Çıxışlardan sonra şəhər 4 nömrəli  məktəbin şagirdlərinin hazırladıqları müstəqilliyi haqqında kompozisiyalar, şeirlər səsləndirdilər.  Məktəblilərin xor qrupunun hazırladıqları mahnılar ürəkləri fəth etdi. 4 nömrəli məktəbin şagirdlərindən  yüksək zövq ilə  hazırladıqları kompozisiyalara görə  mükafatlandırıldı.

AYB Beyləqan bölməsi

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə