Son xəbərlər

 

 11.09.2016-cı il  tarixdə Azərbaycan  Yazıçılar  Birliyinin  Beyləqan Bölməsinin və  Mədəniyyət  və Turizm Nazirliyinin Beyləqan rayon  şöbəsinin təşkilatçılığı ilə “N”  saylı Hərbi Hissədə Qurban  bayramı münasibəti ilə tədbir keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin  əməkdaşı  Nazim Çıraq, Azərbaycan Yazıçılar Birliyinin  Beyləqan Bölməsinin sədri Asif Cəfərli, bölmənin üzvləri Rövşən Budaq, Fazil Əsəd, Ağa Savalan,  bir  çox tədbir iştirakçıları  və  valideynlər  iştirak etdilər.  Əvvəlcə Qarabağ  şəhidlərinin  ruhu bir dəqiqəlik sükutla  anıldı.  Azərbaycan Respublikasının Dövlət Himni oxundu.  “N” saylı Hərbi Hissənin komandiri  bütün Hərbi heyyəti, tədbir təşkilatçılarını  və qonaqları  salamlayaraq  hamını Qurban  bayramı münasibəti  ilə təbrik etdikdən sonra   sözü  AYB-nin  Beyləqan Bölməsinin   sədri  A.Cəfərliyə verdi.

A.Cəfərli də öz növbəsində  Hərbi heyəti və  qonaqları bayram münasibəti ilə təbrik etdikdən sonra vətənpərvərlik ruhunda  şeirlər söylədi.  Bölmənin  şair və yazıçıları da  çıxış edərək  öz yazdıqları şeirləri tədbir iştirakçılarına   söylədilər.  Şeir kitablarını Hərbi Hissəyə və əsgərlərə bağışladılar.  Daha  sonra  Hərbi Hissənin komandiri  “Açıq qapı günü” tədbirini təşkil  edərək   valideyinləri  və qonaqları hərbi texnikaların, avadanlıqların və əsgərlərin təchizatı  ilə bağlı sərgiylə  tanış  etdi. Valideynləri və  qonaqları  nahar süfrəsinə dəvət etdi.  Valideynlər və qonaqlar hər iki tədbirə görə tədbir iştirakçılarına və  Hərbi Hissə rəhbərliyinə  razılıqlarını bildirdilər.

AYB Beyləqan Bölməsi



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə