Son xəbərlər

 

18 noyabr 2016-cı il  tarixdə  Beyləqan rayon Mədəniyyət Mərkəzində Beyləqan  Mədəniyyət və  Turizm  şöbəsinin  və Azərbaycan  Yazıçılar Birliyinin Beyləqan Bölməsinin təşkilatçılığı ilə  şairə Lalə  Osmanqızının  “Qar  çiçəyi” adlı  ədəbi-bədii kompazisiyalı  yaradıcılıq  tədbiri keşirildi. Tədbirdə  Beyləqan  Mədəniyyət Mərkəzinin  işçiləri,  AYB-nin  Beyləan Bölməsinin üzvləri,  sənədçilər və bir çox  ziyalılar iştirak etdilər.

 

Tədbir  rəqs  müəllimi Bayramlı  Ayşənin  və Beyləqan rayon  4 nömrəli  məktəbin şagirdi  Vəlizadə Nəzrinin müxtəlif rəqs ifaları ilə başladı.

 Beyləqan xalq teatrının  aparıcı aktyorları Nazim  Çırağın və  Müseyib  İsmayılovun hazırladıqları    səhnəcik  tədbir   iştirakçılarının  alqışlarına  səbəb  oldu.

Xalq teatrının  aktrisası  Yeganə  Məmmədovanın,  məktəbli Əkrəm Haciyevin ifalarında Lalə  Osmanqızının  şeirləri poeziya sevərlərin  zövgünü  oxşadı.

Beyləqan  Peşə məktəbinin  tələbələri Niyaməddinin və  Nərminin ifasında L.Osmanqızının  əsərindən səhnəcik təqdim olundu.

Sonra   Mədəniyyət Mərkəzinn  direktoru İxtiyar Məmmədli, “N” saylı  hərbi hissənin şəxsi heyətinin  rəisi mayor  İlham Cavadov, AYB-nin beyləqan Bölməsinin sədri Asif Cəfərli, AYB-nin  Beyləqan Bölməsinin üzvləri Elman  İsrafiloğlu,  Rövşən  Budaq,   Ağa Savalan,  Feyruz Hilaloğlu,  Mehman Əliyev, Arif Həsənli,  Elnur  Qarabağlı,  aktyorlar Nazim Çıraq, Müseyib İsmayılov,  operator  Füzuli  Həsənov Lalə Osmanqızına   yaradıcılıq uğurları   arzuladılar.

Sonda Lalə Osmanqızı  yazdığı yeni  şeirlərini  söylədi, bütün  tədbir iştirakçılarına və  tədbirin təşkilatçılarına təşəkkürünü  bildirdi.

Daha sonra xatirə şəkili  çəkildi.

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə