Son xəbərlər

 

13 noyabr 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsi növbəti iclasını keçirdi. Bölmənin sədri Xəzangül Hüseynova nəzərdə tutulan və hazırlıqlarına başlanılan bir çox işlər haqda məlumat verdi. Gəncə ədəbi mühitinin nümayəndələrindən Rübail, Bahadur Fərman, İnqilab İsaq, Fazil Sənan, Aləmzər Əlizadə, Ümbülbanu, Güldərən Vəliyeva və başqaları çıxış edərək təkliflərini bildirdilər. Vaxtilə təkcə Gəncə deyil, bütün Azərbaycan ədəbi mühitində özünəməxsus yeriylə yaddaşlara hopan “İlham” ədəbi birliyinin yaradıcısı və rəhbəri olmuş yazıçı Qərib Mehdi isə çağdaş ədəbiyyatla bağlı fikirlərini səsləndirdi. Qərara alındı ki, bundan sonra AYB Gəncə bölməsinin keçirəcəyi tədbirlər, görəcəyi bütün işlər daimi mətbuatda işıqlandırılmalı, müəlliflərin yaradıcılıqları müntəzəm təbliğ olunmalıdır. Sonda şair və yazıçıların əsərlərindən nümunələr səsləndirildi.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə