![]() |
![]() ![]() |
Allah, Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah, Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
Bundan sonra söz AYB Gəncə bölməsinin məsləhətçisi şair-yazıçı Aləmzər Əlizadəyə verildi. Vaqif Səmədoğlunun vəfatının Azərbaycan ədəbiyyatı üçün böyük itki olduğunu qeyd edən natiq, ədibin yaradıcılığı ilə yanaşı, gələcək nəsillərə örnək ola biləcək həyat yolundan da söz açdı.
Yazıçı Ümbülbanu xanım, şair İnqilab İsaq, Ramiz Təmkin, İradə Aytel Vaqif Səmədoğlunun şeirlərindən nümunələr gətirərərək, o böyük şəxsiyyəti bir daha yad etdi.
Gəncəbasar Bəstəkarlar Birliyinin sədri Məmməd Cəfərin kamançasının səsi duyğulu məclisi həzin notlar üstündə köklədi.
Məclisin ikinci hissəsi şairlərin – Elvin Mustafayevin, Gülnarə Sadiqin, Qiyas Cilovdarlının, Səadət xanımın yaradıcılığından nümunələr və onların müzakirəsi ilə sona yetdi.
Xatırladaq ki, “Nizami ədəbi məclisi” hər həftənin cümə günləri, AYB-nin Gəncə bölməsində (İnzibati bina 4-cü mərtəbə) keçirilir.
kultur.az