AYB-nin Gəncə Bölməsinin sədri  Xəzangül Hüseynovanın AYB.az saytına verdiyi məlumata görə Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə bölməsinin növbəti yığıncağı keçirilib.

Tədbir qələm sahiblərinin yeni yazılmış əsərlərinin müzakirəsinə həsr edilib.

Tədbirdə AYB-nin Gəncə bölməsinin məsləhətçisi şair Aləmzər Əlizadə, Sahib İbrahimli, İnqilab İsaq, İradə Aytel, Elşən Əzim, Elməddin Nicat, Almaz Yusifqızı, Səadət Ələkbərova, yazıçı Ünbülbanu, Fazil Sənan və s. iştirak ediblər.

Oxunan əsərlərin təhvili əsasən bu günkü, müasir ədəbiyyatın tələb baxımından müzakirə obyektinə çevrilmişdir. Aləmzər Əlizadə qeyd edib ki, şair və yazıçı elə yazmalıdır ki, öz yazdığına həm özü inansın, həm də oxucuları inandıra bilsin.

Tədbir iştirakçılarının oxunan şeir və hekayələr haqqında fikirləri yığıncaq tərəfindən bəyənilib.

AYB.az

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə