Son xəbərlər

 

Gəncə İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə 12 iyun 2015-ci ildə Qurtuluş gününə həsr olunmuş yığıncaq keçirildi.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül ulu öndər Heydər Əliyevin keçdiyi mənalı və şərəfli həyat yolu barəsində məlumat verdi.

Şair və yazıçılardan Qərib Mehdi, Bahadur Fərman, Aləmzər Əlizadə, Samirə Səma, Sahib İbrahimli, Bayram Göyçəli və başqaları ümummilli liderimiz haqqında ürək sözlərini dedilər, onun şair və yazıçılara göstərdiyi qayğı və diqqətdən söz açdılar. Eyni zamanda Heydər Əliyevə həsr etdikləri şeirləri oxudular.

 

                                                  AYB Gəncə bölməsinin əməkdaşı 

                                                                Gülay Əliyeva

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə