AYB Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət İşçisi, şair-dramaturq Xəzangül Hüseynovanın “Bir səssiz gileyəm” adlı yaradıcılıq gecəsi keçirilib. Mərkəzi Kitabxanada bir araya gələn yazarlar Xəzangülün həyat və yaradıcılığından, poetik dünyasından və onun Gəncə ədəbi mühitinə olan diqqətindən, qayğısından, fədakarlığından danışıblar. Şairin yaradıcılığında vətən, torpaq, xalq eləcə də saf məhəbbət mövzusu əsas yer tutur.

On iki kitabı nəşr olunan şairin şerləri oxucular tərəfindən böyük rəğbətlə qarşılanır. Onun kitabları Rus, Gürcü və Türk dillərinə də tərcümə edilib. Tədbirdə şairənin sözlərinə bəstələnən mahnılar ifa olunub, şerlər səsləndirilib.

Xəzangül haqqında çəkilən sənədli filmin nümayişindən sonra Gəncə Dövlət Dram Teatrının aktyorları şairin “Məhəbbətin qənimi” və “Xərabət gözəli” əsəri əsasında hazırlanan tamaşalarından bir parça nümayiş etdiriblər.

Aləmzər Əlizadə - şair: Mən Xəzangülü çoxdan tanıyıram. Tanıdığım bir gündən onun gözəl bir şair, gözəl bir qadın, gözəl bir ana olduğunu bilmişəm. Xəzangül çox gözəl insandı, şəxsiyyətdi. Xəzangülə ümid eləmək olar, inanmaq olar. O insanın güvənini, inamını sarsıtmaz. Onun yaradıcılığından da bunu görmək olar.

Yazıçı və şairlərdən Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Rəfiqə Sadıqova, İmamverdi Məmmədov və Rəhim Qurbani şair haqqında ürək sözlərini söylədilər, ona həsr etdikləri şeirlərini oxudular.

Gəncə Şəhər İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova, Gəncə Şəhər İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yadigar Bədəlov, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar mədəniyyət İşçisi Bəxtiyar Muradov və Gəncə Mərkəzi kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi Elmira Əliyeva çıxışlarında Xəzangülün istər yaradıcılığı, istərsə də AYB Gəncə bölməsinin sədri kimi fəaliyyətini yüksək qiymətləndirdilər, yeni-yeni uğurlar arzuladılar.

Sonda Xəzangül öz çıxışında belə demişdir: - "Elə bil oxuculara, bura gələn qonaqlara hesabat verirəm. Fikirləşirəm ki, mənim yaradıcılığım onları qane edəcəkmi və yaxud da hardasa narazı qalacaqlarmı? Əsas fikrim, narahatçılığım bundadır". 

AYB Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət İşçisi, şair-dramaturq Xəzangül Hüseynovanın “Bir səssiz gileyəm” adlı yaradıcılıq gecəsi keçirilib. Mərkəzi Kitabxanada bir araya gələn yazarlar Xəzangülün həyat və yaradıcılığından, poetik dünyasından və onun Gəncə ədəbi mühitinə olan diqqətindən, qayğısından, fədakarlığından danışıblar. Şairin yaradıcılığında vətən, torpaq, xalq eləcə də saf məhəbbət mövzusu əsas yer tutur.

On iki kitabı nəşr olunan şairin şerləri oxucular tərəfindən böyük rəğbətlə qarşılanır. Onun kitabları Rus, Gürcü və Türk dillərinə də tərcümə edilib. Tədbirdə şairənin sözlərinə bəstələnən mahnılar ifa olunub, şerlər səsləndirilib.

Xəzangül haqqında çəkilən sənədli filmin nümayişindən sonra Gəncə Dövlət Dram Teatrının aktyorları şairin “Məhəbbətin qənimi” və “Xərabət gözəli” əsəri əsasında hazırlanan tamaşalarından bir parça nümayiş etdiriblər.

Aləmzər Əlizadə - şair: Mən Xəzangülü çoxdan tanıyıram. Tanıdığım bir gündən onun gözəl bir şair, gözəl bir qadın, gözəl bir ana olduğunu bilmişəm. Xəzangül çox gözəl insandı, şəxsiyyətdi. Xəzangülə ümid eləmək olar, inanmaq olar. O insanın güvənini, inamını sarsıtmaz. Onun yaradıcılığından da bunu görmək olar.

Yazıçı və şairlərdən Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Rəfiqə Sadıqova, İmamverdi Məmmədov və Rəhim Qurbani şair haqqında ürək sözlərini söylədilər, ona həsr etdikləri şeirlərini oxudular.

Gəncə Şəhər İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova, Gəncə Şəhər İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yadigar Bədəlov, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar mədəniyyət İşçisi Bəxtiyar Muradov və Gəncə Mərkəzi kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi Elmira Əliyeva çıxışlarında Xəzangülün istər yaradıcılığı, istərsə də AYB Gəncə bölməsinin sədri kimi fəaliyyətini yüksək qiymətləndirdilər, yeni-yeni uğurlar arzuladılar.

Sonda Xəzangül öz çıxışında belə demişdir: - Elə bil oxuculara, bura gələn qonaqlara hesabat verirəm. Fikirləşirəm ki, mənim yaradıcılığım onları qane edəcəkmi və yaxud da hardasa narazı qalacaqlarmı? Əsas fikrim, narahatçılığım bundadır. O, tədbirin təşkilatçılarına minnətdarlıq etdi.

 
AYB GƏNCƏ BÖLMƏSİ



AYB GƏNCƏ BÖLMƏSİ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə