Son xəbərlər

 


Tərc.: S.Babullaoğlu

Necə oldu ki, qəfil yadınıza düşdüm ?

Axı məni heç kim xatırlamır. Heç kim və heç vaxt

məni görməyib. Yox, mən şikayət elmirəm. Mənə həmişə xoş olub.

 

Düzü, fikirləşirəm ki, səni görmürlərsə,bu daha yaxşıdı.

Vaxt keçidikcə hər şey,

olsun ki ən qorxunc, acı şeylər bizə qaçılmaz,

vacib, hətta gözəl görünür. Bax, üstümdəki bu kobud donqar belə

ömrüm boyu mənə dost olub, qoruyub, kölgəsinə qonaq edib məni.

Bu əbədi gözədəyməzliyimlə

hər şeyi eşitmək və görmək kimi bir sevinc verilmişdi mənə,

azadə xəyal etmək haqqı. Bu olduqca gözəl bir şeydi

-mən sanki tarixdən kənar, başqaları üçün əlçatmaz olan,

özümün, şəxsi, mütləq məkanımda yaşayırdım,

dünyadan qorunaraq yaşayırdım, amma dünyada olaraq.

Yadıma düşür ki, içində unudulmuş güllərin kökləri çürüməkdəykən

saatlarla su dolu stəkana baxa bilərdim- yumşaq məxməri,

sürüşkən bulanaq bir şey suda əks olunurdu, otağı və evi bürüyürdü.

Ah, bu kövrək yorğunluq, cəsarətsizlik,

alicənab yorğunluq… gülləri stəkandan çıxarıb

pəncərədən o yana, baxçaya tullamaq,stəkanı yumaq üçün

özündə güc tapmırsan… Amma əziyyətə dəyərmi?

Bu sirli çürüntü çevrəsi-

o möcüzəli şəkildə olsa belə onsuzda stəkanda qalardı,

evdə də, çürüntü haləsi kimi....

....bu qeyri adi, qorxunc, amma yenə də

cazibədən məhrum olmayan hal olardı bu.

Eləysə bizim müdaxiləmiz nəyə gərəkdi?

Mən arıq çoxdandı anlamışam ki,

heç kim heç vaxt heç nəyin

qarşısını ala bilmir onsuz da.Axşamları

küçələr evlərin isti nəfəsi ilə dolur,

ay işığında atın nəhəng kölgəsi çimir.

Əgər bu bizim suallarımızın cavabı deyilsə,

deməli cavab deyilən bir şey yoxdur.

Bax,katafalkın bu darvazaları arasından çoxları,

sanki nəhəng gəmilər kimi üzüb;

bayram libaslı mərhumlar,başıpapaqlılar,

sinəsi nişanılar, gül-çiçəyəyə bürünənlər,

çılpaqlar, öz kasıblıqlarını və yaxud təəccüblərini geyinənlər,

ağ uzun peploslu qurbanlıq qız;

külək onu yuxarıya atdı, onu buluda bagladı,

və o vaxtdan peplos yuxarılarda uçur,

pillələrə və portikə arabir lacivərd

parıltılar salır.

Bəlkə bu, yaxın çəmənlikdəki qızın həmyaşıdlarının

uçurtduğu çərələnglərdi,

....

Hamı gedib.Heç bir şey qalmayıb…

Və buna görə heç də təəssüf etmirik.

Bir də həmişə elə olurdu ki, təəssüflənmək üçün də gecikirdik.

Əslində lazım da deyildi.

Üz-gözümüzü turşudaraq, susaraq qəbirsitanlıqan qayıdırdıq,

Sükut o qədər dərindi ki, bizim nəsə düşündüyümüzü,

nəhayət nəyisə qəsd etdiyimizi sanmaq olardı.

Amma qəfildən

at nallarının səsi eşidilməyə başladı, səs eyni vaxtda hər yerdən-

şəhərdən, çəməndən eşidilirdi;

atlılar qayınların arxasından çıxıb yolumuzu kəsdilər;

gülləboran içində yuxarı atılan və küskün-küsgün

enən bayraqlar bərq vururdu.

Ətrafda nə baş verdiyini, kimin hücüm çəkdiyini, kimin geriyə çəkildiyini

anlamaq olmurdu.Kimisi qaçırdı,

kimisi gizlənirdi, kimisi dizi üstdə məktub yazırdı;

kimisi intihara tələsirdi;

kimini sübh vaxtı yalın fabrik divarları yanında edam edirdilər,

kimisi edama kömək üçün tələsirdi,

hətta gödəkçəsinin düymələrini bağlamağa imkan tapmır,

gecikməkdən qorxurdu.


Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə