Son xəbərlər

 

Ələkbər Salahzadə adına “Avanqard poeziya müsabiqəsi”

Müsabiqə ildə bir dəfə keçirilir. Bu müsabiqədə forma ilə bərabər fərqli poetik düşüncə tərzi nəzərə alınacaqdır.

 

 Hər müəllif müsabiqəyə 3 şeir təqdim edə bilər. Şeirlər elektron poçtu vasitəsilə, açıq imza ilə “Qobustan” jurnalına qobustan.jurnali@mail.ru email ünvanına göndərilir, yaxud da birbaşa toplunun redaksiyasında qəbul edilir. İlk beşliyə düşən əsərlər topluda çap olunacaq, sonda isə iki yazar qalib sayılacaqdır. Hər bir müəllif və qalib müsabiqədə təkrar iştirak edə bilər.
Təqdim olunan yazılarda müəllifin adından sonra, ya da zərfin üstündə “Avanqard poeziya müsabiqəsinə” sözləri yazılmalıdır.
Müsabiqəyə şeirlərin qəbulu 01 yanvar 2015-cil tarixindən, 15 avqust 2015-ci il tarixinə kimidir.
Mükafatın özü isə qaliblərə (I, II) yerlər hər il sentyabr ayının 15-də Ə. Salahzadənin vaxtilə oxuduğu Qonaqkənd (Quba) orta məktəbində təqdim olunacaqdır.

Əlavə məlumat üçün telefon:

012 493 68 01; +994 50 537 41 61

Müsabiqənin münsiflər heyəti

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə