Son xəbərlər

 


AZƏRBAYCAN RESPUBLIKASININ

DÖVLƏT SƏRHƏD XİDMƏTİ

 

Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü

münasibəti ilə müsabiqə

 

ELAN EDİR

Müsabiqə gənc nəslin vətənə və dövlətə sədaqət ruhunda tərbiyə edilməsi, müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan sərhədlərimizin müqəd­dəs­li­yinin, Dövlət Sərhəd Xidmətinin əldə etdiyi nailiyyətlərin, sərhəd xidmətinin xü­su­siyyətlərinin, cəmiyyətdəki rolunun və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, sər­həd­lərimizin mühafizəsi sahəsində əcdadlarımızdan miras qalmış milli-mənəvi də­yərlərin, ənənələrin yaşadılması məqsədini daşıyır.

Müsabiqə dörd nominasiya üzrə keçirilir - bədii ədəbiyyat (şeir, hekayə), təsviri sənət (rəngkarlıq), televiziya verilişi və qəzet məqaləsi.

 

Müsabiqənin Bədii ədəbiyyat üzrə qalibləri üçün aşağıdakı

mükafatlar təsis olunur:

 

Şeir

I         yer- 1-ci dərəcəli Diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;

II     yer- 2-ci dərəcəli Diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;

III  yer-3-cü dərəcəli Diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

 

Həvəsləndirici 3 yer: Fəxri fərman (hər birinə) və 100 (yüz) AZN məbləğində pul mükafatı.

Hekayə

I         yer- 1-ci dərəcəli Diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı;

II     yer-2-ci dərəcəli Diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;

III   yer- 3-cü dərəcəli Diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

 

Həvəsləndirici 3 yer: Fəxri fərman (hər birinə) və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

 

 


 

 

 

Müsabiqənin şərtləri:

 

  1. Müsabiqədə yaşından asılı olmayaraq bütün yaradıcı şəxslər iştirak edə bilərlər.
  2. Müsabiqəyə təqdim olunan əsərlərin üzərində müəllif barədə məlumatlar göstərilmir. Həmin məlumatlar anketdə əks etdirilir (anketin forması qaydalara əlavə olunur) və zərfə qoyulur. Həm əsərin arxasında, həm də zərfin üzərində şərti ad qeyd olunur. Əsərlər müvafiq qaydada doldurulmuş anketlə birlikdə 2015-ci il iyun ayının 20-dək Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə və ya AYB-nin Yaradıcılıq məsələləri üzrə katibliyinə təqdim edilməlidir.
  3. Təqdim olunan bütün əsərlərdə Azərbaycanın Sərhəd Mühafizəsi tərənnüm edilməlidir.
  4. Təqdim olunan işlər müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş etdirilməməlidir.
  5. Müsabiqənin şərtləri barədə əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə və ya AYB-nin Yaradıcılıq məsələləri üzrə katibliyinə müraciət etmək olar.
  6. Müsabiqənin nəticələri Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 96-cı ildönümü ərəfəsində elan olunacaq.

 

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

 

 

 

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30

Dövlət Sərhəd Xidməti Aparatının inzibati binası

498-01-29, 498-01-55, 498-01-69

 

Xəqani küç 53, Azərbaycan Yazıçılar Birliyi

AYB - Yaradıcılıq məsələləri üzrə katiblik

493-33-50

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə