Son xəbərlər

 


Azərbaycan Yazıçılar Birliyi, AMEA Nizami adına Ədəbiyyat İnstitu­tu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniy­yətşünasliq üzrə Elmi-Metodiki Mərkəzi, Cəfər Cabbarlının Ev Muzeyi və Yeni Yurd İctimai Birliyinin təşkilatçılığı ilə böyük dramaturq, əməkdar incəsənət xadimi Cəfər Cabbarliya həsr olunmuş “Bahar oğlu” adlı ədəbi-bədii gecə keçiriləcəkdir.

 

Tədbirdə xalq yazıçısı Anar, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov və AYB C.Cabbarlı Komissiyasının sədri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmlinin çıxışı nəzərdə tutu­l­muşdur.

Ədəbi-bədii gecəyə Türkiyə Cümhuriyyətindən Fırat Universitetinin professoru Ercan Alkaya və Dövlət sənətçisi Mustafa Turanın qatılacağı gözlənilir.

Mərasimdə Cəfər Cabbarlının şeirlərini və sözlərinə yazılmış mahnıları xalq artisti Mələkxanım Əyyubova, əməkdar artistlərdən Tünzalə Ağayeva, Mətanət İsgəndərli, Elza Seyidcahan, Hüsniyyə Mürvətova, ADMİU Aşıq sənəti kafedrasının müdiri Aşıq Əhliman Rəhimli,  populyar müğənni Rəşad İlyasov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülşən İbadova, ART Qrupu, C.Cabbarlı şeir müsabiqəsinin qalibi Zeynalabdin Bağırzadə ifa edəcək, böyük sənətkarın yaradıcılıq yoluna işıq salan video-çarx və keçirilən tədbir­lərdən kadrlar görüntülənəcək­dir.

Tədbir 22 mart 2016-cı il saat 18-00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir (Ünvan: Bakı şəhəri, Neftçilər pr. – 9; Əlaqə: 012-538-49-65, 050-736-32-34).

 

Azərbaycan Yazıçılar Birliyinin

Cəfər Cabbarlı Komissiyası

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə