Son xəbərlər

 

Sentyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi Qabil İmamverdiyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunacaq xatirə gecəsində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Şairin yaxınları, poeziya dostları onun haqqında xatirələrini bölüşəcəklər. Həmçinin şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq.

Tədbir çərçivəsində konsert proqramı da nəzərdə tutulur.

AYB.az




Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə