![]() |
![]() ![]() |
Martın 7-si, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı Məmməd Orucun 70 illik yubileyi münasibətilə tədbir keçiriləcək.
Martın 9-u, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Dünya ədəbiyyatı” jurnalının “Oman” sayı təqdim ediləcək.
Martın 10-u, saat 14-də “Bayatı” kitab dükanı Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Sabir Zamanlının “Ömür məndən inciməsin” kitabına imza günü keçirəcək.
Martın 13-ü, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda professor Qəzənfər Paşayevin “Hüseyn Kürdoğlunun poetik dünyası” kitabının imza günü keçiriləcək.
Martın 15-i, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gülhani Pənahın “Yaradılış, həyat və idrak fəlsəfəsi – Novruz – yeni gün” kitabının imza günü keçiriləcək.
Maraqlananlar dəvət olunur.
AYB Mətbuat xidməti.