Son xəbərlər

 

Mayın 24-ü, saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda şair Ağaveyis Şirvaninin 75 illik yubileyi,  yaradıcılığının 60 illiyili və son kitabı “Sağalan deyil”lə  bağlı tədbir keçiriləcək.

 

Görüşdə tanınmış qələm adamları və ziyalıların iştirakı nəzərdə tutulur.

Tədbirin aparıcısı yazıçı-dramaturq-publisist, Azərbaycan Yazıçılar Bilriyinin müşaviri Elçin Hüseynbəylidir.

Ağaveyis Şirvanı tarixçi və ilahiyyatçıdır, söz adamıdır. İndiyə kimi  şeir və poemalardan ibarət 8 kitabı nəşr olunub.

Şairə yaradıcılığının 60 illiyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin fəxri-fərmani təqdim ediləcək.

Mətbuat nümayəndələri dəvətlidir.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə