Bayatılar

Başı qarlı dağam mən,

Gülü solmuş bağam mən,

Ey məni unudan dost –

Ölməmişəm, sağam mən...

 

                 *

Əzizinəm düşmanam,

Öz bəxtimə düşmanam,

Bir ömürlük gəlmişəm –

Yüz ömürlük peşmanam...

                 *

Əzizim aydan arı,

Sudan pak, aydan arı,

Gizlidə dağ çək mənə -

Üzdə yaramı sarı...

                *
Gül güllərə qatılar,

Dəstə-dəstə satılar,

Tərləri əzizlənər –

Solmuşları atılar...

                *

Əzizim candan gələr,

Ürəkdən, candan gələr,

Vəfalı olanların –

Vəfası qandan gələr...

               *

Əzizim eli saydı,

Obanı, eli saydı,

Dərdindən dilə gəldi –

El  onu dəli saydı...

               *
Əzizinəm biçinə,

Yağış dəydi biçinə,

Alim olsan gülərlər –

Düşsən nadan içinə...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə