Son xəbərlər

 

Dostlarımı sevirdim... İndi isə... Yox, yox qətiyyən onlara nifrət eləmirəm. Sadəcə sevmək məsələsində artıq yalançı olacağımdan qorxmağa başlamışam. Bilirsiniz, mən ümumiyyətlə özümdən böyüklərlə dostluq etməyi bacarmıram, bilmirəm bu xoşbəxtlikdir ya yox. Adətən ətrafımda həmyaşıdlarım daha çox olur. Bəli xoşbəxtlik olub olmadığına açığı tərəddüt edirəm. Ona görə ki, indi həmin dostlarım elə bil vaxtından tez böyüyüblər. Nəysə..Sizə bir hekayə danışmaq istəyirəm. Ümumiyyətlə hekayə yazmaq həvəsi gələndə biləvasitə dostluq məfhumu yadıma düşür. Daha səbəbindən xəbərsizəm. Lev Tolstoy deyirdi ki, “Allahdan ətrafımda yaxşı insanların olmasını diləmişdim, zamanla gördüm ki, dostlarım getdikcə  azalır”. Mən Levdən fərqli olaraq Allahdan belə bir şey istəməmişəm, sadəcə bir ara onları qıcıqlandırmaqla sınamağa cəhd eləmişdim. Əslində bu kənardanbelə görünə bilərdi. Kənardan isə əminəm ki, məndən başqa heç kim görə bilməzdi. Çünki, kənardakılar bu qıcığa görə mənə ancaq nifrət edə bilərdilər. Daha bilmirəm haqlıdırlar ya yox. Ona görə ki, iki ay öncə onlar üçün hazırladığım tənqidi bir yazının niyə qıcığverici olduğunun üstünü aça bilməmişəm. Yəqin açılası olsa o zaman ya özümü Mirzə Cəlil, ya da ki, sadəcə səhv tərəf kimi kənardan görmüş olacam. Əslində isə kənardan yalnız baxmağı bilirəm, ancaq hələlik heçnə görmürəm. Sadəcə düşünərək təsəlli çardağına sığınmışam. Həyat davam edir!. 

Düşünürəm ki, mən Mirzə Cəlil ola bilərəmmi?, bəlkə həmin yazı ilə eləcə Mirzə Cəlili təbliğ eləmişəm, özüm də bilmədən. Böyük sənətkar öz satiralarında xalqını daima tənqid edirdi. İllər sonra yavaş-yavaş anladılar ki, əslində kişi öz millətinə bağlılığı və sevgisi ilə, beləcə onlara qarşı yönələn ürək yanğısının bədii təsviri ilə yazıb yaradırmış. İndi demək çətindir söyləmək ki,mən də elə bir hərəkətə yol vermişəm, ya yox. Həyatdır də, tutalım ki, Mirzə Cəlillik eləmişəm. İşdi birdən  mən çox yaşamasam, (qədərimizdən xəbərsizik, bəlkə cavan yaşımda köçdüm bu zalım dünyadan), o zaman yazılarım tarixin dərin qatlarına gömüləcək. Ömür billah heç kəsin də ondan xəbəri olmayacaqdır. “Həvəskar biri idi, yaşasaydı bəlkə püxtələşərək bir güldan çıxarardı ortaya. Allah rəhmət eləsin”.

-Ölənlərinizə rəhmət!

 Sizi intizarda saxlamaq istəməzdim əziz oxucularım! Həmin yazımUniversitetdə ali təhsil aldığım dönəmdə peyda olmuşdu. Belə ki, tam ali təhsil almaq istəyən bəzi yoldaşlarımı tənqid eləməyə başladım. Bilirdim ki, mənə qarşı kin yaradacaq bir məqalədir. Gördüm ki, nəfsim məndən daha güclü çıxdı(Elə isə hansı Mirzə Cəlillikdən danışırsan). Nəysə, onların içərisində inciyənlər də üzə çıxmış oldu, hətta nifrət edənlər də, və həmçinin vaxtilə aramızda nifaq düşmüş və o zamandan bəri mənə qarşı intiqam hissi ilə yaşayan bəziləri. Onları ayırd eləmək elə də çətin olmadı mənə. Baxın, yuxarıda üç kateqoriya ayırdım: İnciyənlər-hansı ki, bu yazımın qarşısında sadəcə susdular.

Nifrət edənlər-Öz fikirlərinin çəkinmədən bəyan elədilər.

Və Əzəli düşmənlərim-Yəni onun –bunun, daha doğrusu Nifrət edənlərin fikirlərini dəstəkləyirdilər.

Əslində burada dördüncü kateqoriya da olmalı idi. Amma görürsünüz ki yoxdur. Daha onların da hansı sıra dostum olduğunu siz tapın!

Bircə Mirzə Cəlil olsaydım!..

Söhbəti ilişdirmək istəmirəm, hələ sona çatmamışıq. Əziyyətdi “mən ölüm-əlim varatnikimdədi” sona qədər oxuyun ki, sonra deyim mənim(məcburən da olsa) oxuyan dostlarım var. Bəlkə sizi onda dördüncü kateqoriyaya əlavə elədim.

 Başınızı xarab eləmək niyyətim yoxdur, ancaq zəhmət olmasa yuxarıdakı xatırlatmama fikir verəsiniz. Orada həmyaşıd dostlarımın yaşlı nəsilə meydan oxumasından əndrəvari söz açmışdım. Onlar da mənə nifrətə tuş gəldilər. İndi deyəcəksiniz ki, mövzuların nə əlaqəsi var. Haqlı deyilsiniz(Görürsünüz ki hələ əlləşirəm – bir təhər söhbətdən çıxacam, narahat olmayın!)!

 Dostlarımın arasında kimin dərdi, sirri var, mənim sifətimə çırpırlar. Daha xəbərləri yoxdur ki, qarşılarında danışdıqları sadəcə bir divardır, rəngsiz, aboysuz, sıvağlı divar.

Ehh! Dost! Yox bir insan nəfəsi... Bəzilərinizin ağzından pis demirəm yaxşı olmayan, necə deyim ürəyə yatmayan qoxu gələndə, bəzən hər hansı bir diş pastasının, nanəli saqqızın heyranedici qoxusu divarı nəmləyəndə, siz gedəndən sonra səhərdəndir qarşısını kəsdiyiniz günəş şüası cuşa gəlib divarı qup-quru edir. Gördünüzmü, bu gün danışdığınızı sabah boş vərəqə quruduram. Həm siz rahatlayırsınız, həm də mənim hekayələrim günbəgün, anbaan artır.

 Mərkəzə gələk: Etiraf edirəm ki, sizin belə boş mənasız, yersiz-falansız, acınacaqlı, lakin əttökən dərdpaylaşmalarınıza məcburən qulaq asmalı olurdum. Hələ bir Günəşin qabağını kəsirsiniz sonra da deyirsiniz ki, heç nə yazma. Yazanda da heç kim oxumasın! Vallah bircə yaşlı nəslin nümayəndəsiylə dostluq etsəydim, onun haqqında bir gerçək roman yazardım, böyük nəşə, böyük duyğular və həvəslə... Əminəm ki, bu daha uğurlu alınardı. O gün sizin haqqınızda beləcə düşünərkən bu, tədricən yuxuma dönüşdü. Yuxuda görürəm ki, aradan yalan olmasın təxminən bir iyirmi – iyirmi beş il  keçib. Və mən üstünüzdən iraq rəhmətə getmişəm. Hələ ölüm ayağındaykən elə olur ki, hamınızın halından tam müxbir oluram. Görürəm ki, maşallah turp kimi başımın üstünü kəsdirmisiniz. İndi nəyi düşünürəm biilirsiniz? Vallah gəlin indi nəzəri yanaşaq də: tutalım ki, siz bu qədər dərd – ağrı insanısınız(hər halda nəmişlik divardan bəllidir). Həyat da elə qurulub ki, ona qarşı istər sevgi olsun, istərsə də nifrət hissi, bildiyimiz əsas fundament insan qəlbidir. Yəni his-həyəcan, duğusallaşma, dərdlərini kiməsə açıb söyləmək halı və s. bu kimi məziyyətlər insasın qəlbinəbir başa yönələn ağrıdır. Qəlbi ağrıyan insanın canı necə turp kimi olur? Baxın bunu anlaya bilmirəm. Deməli sizin vaxtilə qabağımda oturub ağlamağınız, parıldayan gözləriniz, hüznlə dolu gülümsəməyiniz... Bunlar hamısı qısası “farşifka”dırdə elə deyil? Belə bir fikir var: “Sirrini sənə danışan insanlardan uzaq dur, çünki onlar götürə bilməyəcəyi yükü sənin üzərinə atmağa çalışırlar”. Ay sizi yaramazlar, deməli bu günə kimi mənim tək axmaq bir divara rast gəlməmişdiniz, indi isə əlinizə keçmişəm deyə elə düşünürsünüz ki, nəmdivaram, nəyəm. Günəş sağ olsun. Mən bunu çoxdan bəri anlamalıydım zatən, bu qədər mənimlə səmimi olan dostlarım bircə yazıma görə kin yaradırlarsa bu süniliyi çoxdan anlamalıydım. Nəysə. Amma sonda sizə bircə kəlməm var: “İşdi, çərxi fələk o yuxudakı kimi gətirəsi olsa, xahiş edirəm qəbrimin üstünə süni güllər qoyarsınız. Təbii çiçəklər tez solur və təp-təzə məzarımın üstünü  eləyir zibilxana. Süni çiçəklər isə sizin kimi həm “farşifkadır” həm də uzun ömürlü...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə