Son xəbərlər

 

“...Balıq intihar edəndə quruya,
insan suya atılır...”*
əgər suya atılmadan ölsə belə,
meyidi çəkilər suya insanın –
(ruhu göyə çəkiləndən sonra...)
meyidi ələ gəlməsə - 

                  yuyulmamış basırsalar birini
qəbri üstə su tökərlər, qəbri üstə...
heç qəbri də olmasa... 
göz yaşları töküləcək, göz yaşları...
sənsiz olmur, gözəl adlı, gözəl su, –
ya qabdan tökülürsən ya gözdən...
Gözdən də yaş çıxmasa, 
quruyan boğazımızı bir udum su ilə açarıq, 
                   su...
Bir də, macal tapanda, 
                   üzümüzə su vurruq, su...
Ölməkmi aydınlıqdı, sumu... su?
Sən “sus..!”a nə qədər yaxınsan, su.?! –
                   indicə fərq etdim,
darıxma, indicə susuram, bir məni dinlə,
deyirəm, okean oldun Sakit dedilər,
çay oldun Kür dedik...
Nil oldun uzun dedilər,
Amazonsan – gur dedik;
Dondun buz söylədilər,
Qalxdın buxar dedilər,
gah adi gözlə baxıb, 
sənə axar dedilər...
Deyirəm,

                 kür yaşayıb, sakit ölmək mümkün ola,

                 ana su.!? –
                 Sakit ölmək...
Ya sənə atılırıq 
                ya sən atılırsan üstümüzə...
üzüsuluykən ölsəydim...
Sucan şeirim olsun...
                                        24.12.2013, s.12.13.

* - Misra Təranə Vahidə aiddir

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə