Son xəbərlər

 

Sənsiz qayıdıb geri, səni aparan yollar...


Əllərim ətəyimdən

Uzundu bu aralar.

Sənsiz qayıdıb geri,

Səni aparan yollar.

Bəlkə mən kor olmuşam,

Bəlkə yollar dumandı?!

Özüm də öz gözümə

Dəymirəm nə zamandı.

Öldü deyə, basdırdım,

Adətlə ... yuyan kimi.

Xatirələr dirildi,

Adını duyan kimi!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə