Son xəbərlər

 

Allahım, darısqal evlərimizdə,

az qalır qəbir tək sıxılıb ölək.

Torpaq ki, vermədin vətən salmağa,

bir qarış torpaq ver, yıxılıb ölək.

 

 

Yenə oturmuşuq, sigaret və mən...

B u rəngli şəhərin adı paytaxtdır.

Yorğunam bir qurdun tənhalığı tək,

“Allahım qoyunlar necə xoşbəxtdir”!

 

Hər şeyi bilirsən, amma Tanrıcan,

heç kim olduğumçün məni bilmədin!

Qəlbimdə  qəzəb var, gözümdə araq,

yazıq, sən heç gecə yata bilmədin...

 

Mənim kimilərin nəslin kəsiblər,

sənin göndərdiyin molla “mələklər”!

Bütün bu yolların sonunda “heç” var,

gedənlər bir daha gəlməyəcəklər!

 

Fantanlar bağında, Qız qalasında

Təbrizi düşünmək, maraqlı işdir...

Bu yetmiş metrəlik bayrağın altda

vətənsiz üşünmək,  maraqlı işdir...

 

Bizim payımıza söyüş yazıblar,

bir qurup “ziyalı”, yəni avara!

Bir ovuc vətəni olmayan quşlar

bir ovuc dən üçün, qonar divara...

 

O qədər satdı ki, kişinin oğlu,

and içmək istədi, torpaq tapmadı.

Tanrı yuxarıdan üç alma atdı

səni düşünürdü, heç nə qapmadı...

 

Bir şeylər vardı ki, sən anlamadan

anlına yazılır və səni seçir...

Görsən küçənizdə polis dayanıb

bil ki, ürəyindən azadlıq keçir

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə