Nə sən ölmək istədin,

Nə də ölüm əl çəkdi.

Sən təslim olmasaydın,

Səni incidəcəkdi...

 

Nə sən ölmək istədin,

Nə də ölüm əl çəkdi...

Şair, sənin yerinə,

Axı kim öləcəkdi?!

Nə sən ölmək istədin,

Nə də ölüm əl çəkdi.

Getdiyin yer müqəddəs,

Getdiyin yer gerçəkdi!

Nə sən ölmək istədin,

Nə də ölüm əl çəkdi.

Bu ölüm ölümlərin,

Gözəlidi, göyçəkdi...

Nə sən ölmək istədin,

Nə də ölüm əl çəkdi.

Kim deyərdi, Mirseyid,

Belə tez köçəcəkdi?!

Xəyal Rza

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə