Son xəbərlər

 


Ən xırdaca damarlar

Ürəyə ürək olur.

Bütün kiçik bulaqlar

Bir çaya kömək olur.

 

 

Bütün əyri çığırlar

Geniş yola çıxırlar.

Yolda çala-çuxurlar

Ötəri külək olur.

 

Yoldan heç vaxt dönməyən,

Yenilməyən, enməyən,

Yanan, heç vaxt sönməyən

Dünyada tək-tək olur.

 

İnsan oğlu, ulusan,

Nə yorul, nə də usan,

Insan doğulur insan,

Axırda mələk olur.

Fİkrət Qoca 29/08/2014
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə