Son xəbərlər

 


Xəyalımda sirr dənizi, 
Gözlərimdə həsrət izi,
Ürəyimdə ağrı, sızı
Qoyub getdiyin yerdəyəm...

 

Küləklərə sirdaş olub,
Dərd əlində çaş-baş olub
Buza dönüb, bir daş olub
Qoyub getdiyin yerdəyəm...

Namə yazıb eşq adına
Durnaların qanadına,
Ayrılığın inadına
Qoyub getdiyin yerdəyəm...

Yorulmadan “döz” deməyə,
Hisslərimi düz deməyə,
Səbəb tapıb gözləməyə
Qoyub getdiyin yerdəyəm...

Mümkünü yox, sən - yenə sən!
Gəl, inanım hər nə desən!
Məni axtarmaq istəsən -
Qoyub getdiyin yerdəyəm...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə