Dodaqlarımda təbəssüm.

         Bəbəklərimdə ümid və qürur,

                    İçimdə ağlamaq ehtiyacı...

                              Yol gedirəm, yorulanadək.

 

 

Ovcumda sirr,

          Barmaqlarımda qabar,

                     Ürəyimdir... varım-yoxum

                               Yol gedirəm, saplağından qırılanadək.

 

Saçlarımda rüzgarım,

             Ruhumda ana laylası,

                        Başımda məğlub eşqim

                                   Yol gedirəm, sinəm qaralanadək.

 

Önümdə silsilə dağlar,

           Sərt qayalar, soyuq dəniz

                   Qərib canla, bu tək cana, qürub çağı

                           Yol gedirəm, öləziyib saralanadək.

 

Arxamda sarp enişlər,

          Çiynimdə Günəş tayası,

                   Ağuşumda Jaləm və titrəyişim...

                              Yol gedirəm, yol olanadək.

1984



Yanvar ayının 28-də, Təzəpir Məscidində dəyərli şairin 40 mərasimi keçiriləcək...
(Saat 11:00-da qadınlar, saat 15:00-da kişilər)

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə