İnanmayin, şaiyədir!
Kim deyir ki, öldü şair?
Dərdə-qəmə gülən kimi,
Ölümə də güldü şair!

 

 İki təndə bir can olub
Sözlə əhdə vəfa etdi,
Gözdən uzaq bir dünyaya
O xoş getdi, səfa getdi!

Sanmaram ki, möcüzədi
Bu dünyaya bir də gəlsə.
Amma şair ölmədi ki!
Vaxt durardı şair ölsə!

28.01.15.
Moskva

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə