Yaraşmaz  kimdənsə geridə qalaq,
Dostlara dost deyək, salamın alaq,
Nə qavğa eyləyək, nə dava salaq,
Bir az cilovlayaq biz hirsimizi,
Bu məkan dostluğa çağırır bizi!

 

***
Dost olmaq asandır, anlamaq çətin,
Dostluq baş tacıdır bəşəriyyətin,
Xoşdursa məqsədin, safsa niyyətin,
Düz yola yönəldək biz izimizi,
Bu məkan dostluğa çağırır bizi!
***
Əjdərəm, sınadım mən dostu, yarı,
Heç kəsdə görmədim düz etibarı,
Söhbəti sapdırıb nifaqa sarı,
Gəlin incitməyək bir-birimizi,
Bu məkan dostluğa çağırır bizi!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə