Son xəbərlər

 

Xocalı deyilən

Şəhər var idi,

Günəşli, gündüzlü

Səhər var idi!

Şəhər başdan-başa

Gülüstan idi!

Burada hər mənzil

Çırağban idi!

Kim nişan taxırdı,

Kim toy edirdi,

Kimsə dostugilə

Qonaq gedirdi.

Gənclər sevişirdi

Hey gizli-gizli,

Analar, bacılar

Söhbətli, sözlü...

Körpələr çiçək tək

Eli bəzərdi!

Sevimli nəğmələr

Dildə gəzərdi!

Şəhər çox firavan,

Çox xoşbəxt idi!

Gələn qasırğanı

Heç kəs bilmədi!...

*

Deyirlər söz gəzir,

Qorxu dolanır,

Dumduru axar su,

Birdən bulanır.

Görəsən deyilən,

Qrxu nədəndir?

Qəlblərə sancılır

Oxu nədəndir?

Nədəndir insanlar

Duyur hər şeyi?

Duyğular titrədir

Bu yeri, göyü?

Kim deyir: “Erməni

Marığa yatır!”

Kim deyir: “Ruslardı

Tilovun atır”.

Sanki şayələri

Yellər aparır,

Ürəklər elə bil,

Tufan qoparır!

 

I səs (qeybdən):

“Yox, erməni bilməz,

Silah tutmağı,

Tanrının yaramaz,

Zibil maymağı?

-Ay kişi, qoxmayın,

Ölməmişik ki!

Hər şərə-şürədən

Qorxacağıq biz?

Bəs bizə nə deyər,

İgid nəslimiz???

Hanı, misri-qılınc?

Babək, Koroğlu???”

Ey adam evladı,

Ey Vətən oğlu!!!

Dəyişib, əzizim,

Mizan, tərəzi.

Yaman çoxalıbdır,

Şərin qərəzi.

İndi bir balaca

Dəmir tətiklə

Elə qırğın qopur,

Düşür zəlzələ!

Getmə hər fitvaya,

Aldanma dilə!

Ehtiyatı əldən

Vermə, anamdı!

Arxayın düşmə, yox,

Çətin zamandı!

İgidlər köksünə

Min dağ çəkirlər!

Başına göylərdən

Alov tökürlər!

Sən ki, əzəl başdan

Həyəcanlısan?

Nə olub, ay balam,

Nə dayanmısan?

Niyə bəndlərini

Qorumursan sən?

Düşmənin bic, tülkü

Yoxsa, bilmirsən?

Amandı, bir belə

Arxayın olma!

Düşmənin namərddir,

Yolundan qalma!

Meydanı atlan keç,

Güclən, qol çirmə!

Sənin yurdundur bu

Yadlara vermə!

Könlü səksəkədə,

Qulağı səsdə,

Düşmən qüvvə yığır,

Dəstəbədəstə!

Yağılar xəlvəti

Plan cızırlar!

Ayıl Vətən! Sənə

Qəbir qazırlar!

Düşmənlərin yaman

Birləşmiş, aman!

Varmı bir çəkinən,

Varmı bir qorxan?!

Balaca bir söz də,

Qəlblərə dəyir!

Bir qulaq as, dinlə,

Tarix nə deyuir?

Yoxsa, yaddan çıxmış,

Səhl Sumbatlar?

Andronuk, Şaumyan,

O xain, qəddar?

Ay kişi, niyə sən,

Ayıq deyilsən???

Qorxmursan, iş görər,

Bu xain düşmən???

Düzələr deyirsən

Düzəlmir işlər,

Düşməni saymamaq???

Bu pis vərdişlər!

Şərə çəpərini,

Çox basdırdın sən!

Bu nakəs düşmənə,

Yol gostərdin sən!!!...

 

Rəhminlə mərhəmət

Hissinlə hər an,

Uduzdun düşmənə,

Ey xalqım, oyan!!!

Sevdin düşməni də,

Xeyirxah oldun?

Niyə səngərə yox?

Mürvətə doldun?

Nədir ürəyində

Bu xoş niyyətin?

Ey mənim azadə,

Gözəl millətim!

Səni ürəyindən güllələdilər!!!

Yox, yox, kürəyindən güllələdilər!!!

***

41-45 deyəndə

Buhenvald yada düşür!

Xatın, ya Xerosima,

Neçə od, qada düşür!

 

Onlar nədir?

Sadəcə düşmən azğınlığıdır!

Sürəkli atəş açan

Əsgər çılğınlığıdır!

 

Ölüm! Ölüm!

Heç zaman

Yaxşı deyə anılmaz!

Qanlar axıdılıbdır,

Həqiqətdir, danılmaz!

 

Lakin, ölüm var, ölüm kimi,

Ölüm var, zülüm kimi!

Yox, heç kəs ola bilməz,

Xocalı elim kimi!..

*

Bu ölümü yurduma

Kimlər qıydı, İlahi!?

Nəydi bu körpələrin,

Ahılların günahı?

Ahısxa türklərinin

Başlarını kəsdilər!

Bu barbarlar, vəhşilər

Tufan kimi əsdilər!

Bir gecədə yurdumu

Al-qana boyadılar!

Dığa, haxçıx, haystan,

“yan, yan, ov” soyadlılar!

*

Tarix nə belə zülm,

Nə belə şər görübdür!

Bu yaramaz tayfanı,

Ta binayi-qədimdən,

El dərbədər görübdür!

Babamın qapısında

“Appay!”-yeyib, yallanıb,

Bunlar büqələmun tək,

Dondan-dona hallanıb!

Bu sayqısız yağılar,

Çox da indi qudurub?

Tarix var, səlnamə var!

Arxivlər hələ durur!

İrandan, Türkiyədən

Köçürülən erməni,

Məskən saldı yurdumda,

İndi tanımır məni!?

*

Torpaq mənim, yurd mənim,

Ölkə mənimdir deyir!

Türkü qırır bir əldən,

Türklər qənimdir deyir!

Yerə-göyə sığmayan

Böhtana bax, ay Allah!

Mənim dilbər yurdumun

Savabı olmuş günah!?

Tikəmi yeyə-yeyə,

Erməni deyir yalan!

Deyir, mənim yurdumdur,

Çıx, yurdumdan müsəlman!

*

Sözə bax, hikkəyə bax!?

Tanımır məni, nadan!?

Torpağımda oturub,

Torpağımdan çıx deyir!

Bunu o zəlil gavur,

Dilənçi haxçıx deyir!?

*

Vaxt var idi torbası,

Yaxasında gəzirdi.

Pasalaxlı don geyib,

Vəl minib, dən əzirdi!

Mənim bəy babalarım

İyrənirdi onlardan!

Keçmişini unudub,

Yaman çaşıb bu nadan!

*

Yağış yağan zamanda,

Ağalar tapşırardı:

“Keçməsin ermənilər,

Gölməçəli yollardan!

Birdən ayaqlarından

Bircə damcı sıçrayar,

Mənim pak müsəlmanım

Gavur çirkə bulayar!

Çıxmasınlar komadan,

Yer -yurd quru olunca!”

*

Erməni öyrəşmişdi,

Pintiliyə, his-pasa!

İndi qudurub dığa,

Yaman çıxır üst-başa!

Əlində ixtiyar var!

Hökm, ordu, qərar var!

Ona silah, pul verir,

Ağızına dil verir,

Arxa dayanır Mişa!-

Qıraq Azərbaycanı,

Talayaq deyir tamam!

*

Sən özün kömək eylə,

Yeri-göyü Yaradan!

Yəqin bilmir sonunu,

Bu yastıbeyin nadan!

Eşit mənim sədamı,

Sən ey Xaliqi-Sübhan!..

Bir insan sağ çıxmadı,

Yanan yurddan, binadan!

Mənzillərə od vurub,

Mərmi tökdü havadan!

Bombalar guruldadı,

Qradlar çaxdı, haray!

Biganələr bu dərdə,

Kənardan baxdı, haray!

*

Nə bir əlim yetmədi,

Nə bir ünüm çatmadı!

Əliyalın millətim,

Keşik çəkdi, yatmadı!

*

“Sapı bizdən baltalar!”

Silahları aldılar,

Döyüşkən, mərd Xocalım

Tənha, yalqız qaldılar!

Dağ təpərli igidlər,

Ər hünərli igidlər,

Silahsız, arxasızdı!

Ağızından od çıxdı!

Yumruğundan qan sızdı!

*

Gözlərinin oduna,

Ürəyinə qısıldı!

Mühasirə daraldı,

Mühasirə yarıldı!

İdidlərim məhv oldu!

İgidlərim basıldı!..

Əliyalın igidlər,

Səbirindən asıldı!

Silahsız, köməksizlər,

Tanrısına qısıldı!?

Bu sadəlövh millətim,

Neyləyəydi görəsən?

Namərdlərin cəzasın,

Tanrım, özün verəsən!

*

Başbilənim, başsızım!

Silahsız əlacsızım!

Min dərdə dərman bilən,

Hay desən, haya gələn,

Yandı kül oldu, ellər!

Yada qul oldu, ellər!

*

Niyə hay salmadıq biz?

Cəm, yekdil olmadıq biz?

Yada verdik torpağı?

Bu ğırğın, bir göz dağı!

Bir eli kül etdilər!

Bir xalqı qul etdilər!...

*

Çaylarım tək al qanım,

Sel olub, axdı, haray!!!

Göylər yerə ələndi,

Şimşəklər çaxdı, haray!!!

Zirehli tanklar ilə,

Düşmən el yıxdı, haray!!!

 

*

İgidlər yumruğuna,

Əzminə arxalandı!!!

Binalarım od tutub,

“Ağban evlər”im yandı!!!

Deməyin “ağ yalandı!”

Bu çox böyük qırğındı!

Bu çox böyük talandı!

Haray, haray, ay ellər!!!

Axan qanlar, çay, ellər!!!

Susdurub, lal etdilər!

Şəhəri kül etdilər!!!!!!

Eşit mən, İlahi!!!

Götürmə Sən bu ahı!

Buhenvaldın, Xatının

Harayı təzələndi!

Zalımın, zülmkarın,

Sarayı təzələndi!

İlahi! Heç sormadın,

Nə qırğındır, nə qandır?!

Qarabağda ölən var!

Xocalıda talandır!..

 

 (Bakıda hamı vəziyyətdən xəbərsizdir. Xocalılar sürəkli kömək- silah və ordu tələb etmələrinə baxmayaraq, onlara inanan olmur, heç kəs bir tədbir görmür. Milli Məclisin qarşısında cəbhədən gəlmiş döyüşçülər xalqla birgə piket keçirirlər )

 

 

Neçə gündür dalbadal,

Güclü mübahisədir!

Eşitmirlər, qanmırlar,

“Xocalı əldən gedir!”-

Bunu deyən gənc yaman,

Hamını tənqid edir:

*

“Oturmusuz burda siz,

Deputat kreslosunda!

Can isti, ürək rahat,

Papka qoltuğunuzda!

Nə var, nə yox, o yanda,

Bilmirsiz, xəbərsizsiz!

Düşmən orda nə edir?

Torpaqlar əldən gedir,

Bir-bir satılır yurdlar!

Heç olmasa, utanın,

Çəkinin, a manqurdlar!!!”

*

Kimə dedi sözünü?

Kim eşitdi görəsən?

Bu gənc özünü yorur...

Qarşıdasa, fəlakət,

Təlatümlü gün durur!

*

Yağı düşmən üstünə,

Yumruğuyla çıxan mərd!

Sinəsi parçalanıb,

Qanı sel tək axam mərd!

Ölümsaçan tanklara,

Gözünün odu neylər?

Bu birləşmiş şərlərə,

Bircə türk adı neylər?

*

Yetər ki, qanımızı,

İçdi bu namərd yağı!

Ölümsaçan silahla,

Qocaları, qızları,

Körpə südağızları,

Biçdi, bu namərd yağı!

*

Dayan, dayan, imansız,

Sayğısız, yağı düşmən!

Bu qırdığın oğuzdur,

Görərsən dağı, düşmən!

 

(Mili Məclisin deputatları fövqəladə yığıncaq keçirir. Bəzi deputatlar Xocalıdakı qırğını eşidib, riqqətə gəldiklərini söyləyir. Lakin çox qəribə hadisədir ki, bəzi deputatlar bunu danmağa çalışırlar )

 

Milli Məclis lal olub,

Danır bu həqiqəti!?

Milləti qırıb yağı,

Anmır bu fəlakəti???

“İki adam ölübdür”!

Deyir deputat “bacı”?

Kürək verib kürsüyə,

Baxır zala qıyqacı?

*

Belə də zülm olarmı?

Bundan böyük dərd varmı?

Millətini qırıblar!

Oğul olan susarmı?

Zal qaynayır başabaş,

Gözlər dolu qanlı yaş!

Heç kəsə söz verilmir,

Haqq irəli sürülmür!

Qanlar axıdılıbdır!

Heç bir tədbir görülmür?!

*

“Hərb naziri” mat qalıb,

Sözün düzünü bilmir?

“Yuxarılar barmağı”,

Elitanın maymağı,

Özünü maskalayır,

Sözünü maskalayır!

Xəyalən Xocalıdan

Yığdığı silahları,

Üst-üstünə qalayır.

Yuxarıdan bu “işə”,

“Sbosibo!” alacaq!

Yazıq! Özü bilmir ki,

Bədnam bir manqurd kimi,

Tariximdə qalacaq!

*                                       

Parça-parça edilmiş,

Vətənimin sinəsi!

Evin tikilsin sənin,

Ay bu Vətən yiyəsi!

Vətən oda qalanmış!

Vətən tamam talanmış!

Qarğa-quzğun daraşmış,

Sinəsi parçalanmış!

Aman, dad eylə Vətən!

Dur! Fəryad eylə, Vətən!

Oğulların, qızların,

Körpə südağızların,

Qocalarin, pirlərin,

Ağbirçək yesirlərin,

Ucdu mələk tək, Vətən!

Soldu çiçək tək, Vətən!

*

Alışan topağım, heyyyyyyyy!

Dağılan növrağım, heyyyyyy!

Vətən! Balan ölübdür,

Sönübdür çırağın, heyyyyyyy!

Dağdan uçan gəlinlər,

Göy guruldar, yer inlər,

Göydə mələklər inlər,

Görsə, fələklər inlər!

*

Yumruğuyla tankların,

Üstə gedən ərlərim!

Sinəsini Vətənə,

Sipər edən ərlərim!

Sizin nə günahınız?

Bircə gün də yatmadız?

Vətəni Vətən kimi,

Qorudunuz, atmadız!

Bəli! Qorudunuz siz!

Yanıb kül olsanız da!

Əlif kimi qəhrəman,

Unudulmaz dünyada!

İyirmi dörd döyüşçü,

Sona qədər döyüşdü!

Neçə dəfə oğullar,

Mövqeyini dəyişdi!

Başda Əlif Hacıyev,

Yanında mərd igidlər,

Xeyli düşmən öldürüb,

Yağıları güddülər!

Əliyalın milləti,

Qorudular beləcə,

Düşmənin qaynağını,

Dağıtdılar o gecə!

Ölüm-dirim tufanı,

O gün bərqərar oldu!

İgidlərlə düşmənlər,

Qeyri-bərabər oldu!

Oğullar şəhid oldu!

Bu Vətən şahid oldu!

*

Çınqıl kimi yağının,

Ortasında tək gülüm,

Qanlı tarix anıdır,

Öz şəklini çək, gülüm!

Yaddaşlarda xatirə,

Xatirələrdə yaddaş!

Öz adını özün yaz!

Axan qanınla, qardaş!

Yerləri şahid gətir,

Göyləri şahid çağır!

Yeri-göyü titrədən,

“Misri” de, “Cəngi” bağır!”,

Çağır, fələyi çağır!

Göydə huri-qılmanı,

Ruhu, mələyi çağır!

Dağı, daşı, buludu,

Çaxan şimşəyi çağır!

Çağır, hər yanı çağır!

Sonsuz qan dəryasında,

Batan dünyanı çağır!

İnsanlıq öldü qardaş!

Bunu kim bildi qardaş?!

*

Göy uçdu, yer dağıldı!

Demə sözün nağıldı!

Bu dərdi danışmağa,

İnanın, gəlmir dilim,

Mərd adını mərd kimi,

Ucaltdın, mənim elim!

Neyləyək ki, yağılar

Tamam səfərbər idi!

Mənim bədbəxt millətim,

Bundan bixəbər idi???!

*

Bir eli qırdı yağı!

Min eli qırdı dağı!

Azadlıq yollarında,

Əbədi alovlanan,

Məşəli qırdı yağı!

Xocalı dad elədi!

Gəlmədilər fəryada!

Xocalı dad elədi!

Salmadılar heç yada!

*

Soraq gəldi Bakıya!

Soraq gəldi dünyaya!

Yandı-yaxıldı ellər,

Millət düşdü ah-vaya!

Qan oldu, qisas oldu,

O gün bizə qalanlar.

Ayaq tutub yeridi,

Dünya boyu yalanlar.

Bakılının yuxusu,

O gün ərşə çəkildi,

Təzə-təzə qəbirlər,

Xiyabana əkildi!

“Şəhidlər Xiyabanı!”

Ağlayan Qərənfildi!

Yenə də ağı deyib,

Analar saç yoldular!

İnsan dənizləriylə,

Meydanlarım doldular!

*

Bu qədər insan,ya Rəb!

Bir eli qorumazdı?

Nəyimiz çatmır, axı?

Bizim nəyimiz azdı?

Qeyrətimiz, arımız?
Yoxsa, sərvət, varımız?

Silahımız, ordumuz,

Hey basılır yurdumuz!?

Nədir bunun səbəbi?

Kimdir buna günahkar?

Nicat ver, bizə, Tanrı!

Bizi bu dardan qurtar!

*

Vətən, Vətət, can Vətən!

Yurdu yıxılan Vətən!

Obası yandırılıb,

Eli dağılan Vətən!

Birləşmiş “ağa”lara,

Hürüşən dığalara,

Bircə uşaq bəs edər!...

Yumruq vursaq bəs edər!

Vallah, qaçar dığalar!

Vallah, qusar dığalar!

Ətəyimin yeliylə,

Bir uşağın əliylə,

Vallah uçar dığalar!

Onları öyrədən var,

Tası tərsinə dönmüş,

Sinəsinə xaç taxar!...

Onları öyrədən var, :

Arxasında duran var!

Bu qlobal hiyləni,

O yanlarda quran var!

*

Bilsinlər ki, bizim də,

Əlimizdə Quran var!

 “Bu yan”lar, “o yan”larda,

“Ov”larda və “yan”larda,

Bəlkə daha uzaqda,

Barmaqları duzaqda,

Daha çox işləyənlər,

İşləyib-dişləyənlər!

Qoy yıxılsın, İlahi!

Bizi tək onların da,

Ürəkləri, qəlbləri,

Bir sıxılsın, İlahi!

Hökmünə inanıram,

Bu dərd ilə yanıram,

Göstər gücünü, Tanrı!

Bir al öcümü, Tanrı!

Axı sənsən Yaradan,

Bir qəbildəndi insan,

Qoy duysunlar hökmünü!

Göstər mənə o günü!

Nahaqqı qandır, Tanrı!

Haqsızı yandır, Tanrı!

*                                             

Bizim igid jurnalist,

Bu dərdə dözənmədi!

Torpaq üstə rahatca,

Hamı tək gəzənmədi!

Nələr saldı yadına,

Nə düşündü bu igid?

Həqiqətçün çırpındı,

Hey döyündü, bu igid!

Dərhal coşdu, qaynadı,

O, yerindən oynadı!...

*

Düşmənlərin üstünə

Silahsız getdi Çingiz!

Kameranın gözüylə,

Gör nələr etdi, Çingiz?

Kamerası çiynində,

Hərbi geyim əynində,

Göydən od tökə-tökə,

Qırğını çəkə-çəkə,

Cəbhəni gəzdi Çingiz!

Dostunu təskin edib,

Özü də dözdü Çingiz!

Kamera gördüyünü

Gözüylə görürdü, o!

Ürəyi parçalanır,

Dərd-qəmdən

Ölürdü o!

*

Vətənini nə qədər,

Sevirmiş bu gənc, aman!

Ölməz qəhrəmanları,

Yetirir yalnız zaman!

*

Çingizi zaman doğmuş,

Vətən üçün bağrından!

Qorxmurdu erməninin,

Dolu tək atəşindən!

Yeni səhifə yazdı-

“Can fəda”lar eşqindən!

*

Onun igidliyindən,

Qorxurdu qorxaq düşmən,

Onun etdikləriylə,

Bir tarix yaşadım mən!

Gülləbəran altında,

Götürdü şəhidləri,

Kamera yaddaşına,

Ötürdü şəhidlıəri!

Ç İ N G İ Z:

Vətən məni çağırır:

O müdhiş gecəni çək!

Vətən məni çağırır:

O nakam körpəni çək!

Vətən mənui çağırır:

Ağbirçək ananı çək!

Vətən məni çağırır:

Beşikdə yananı çək!

Vətən məni çağırır:

Ağsaqqal qocanı çək!

Vətən məni çağırır:

Körpəsi yandırılmış,

O kömür beşiyi çək!

Vətən məni çağırır:

Düşmənlər yandırdığı,

Evi çək, eşiyi çək!

Vətən məni çağırır:

Anasının bətnindən

Zor ilə çıxarılıb,

Soyuqdan donanı çək!

Vətən məni çağırır:

Sinəsi bölümlənib,

Ürəyi çıxanı çək!

Vətən məni çağırır:

Yaraqsız döyüşçünün,

Kəsilən qol, qıçını,

Dağılmış başını çək!

Vətən məni çağırır:

Adına türk deyilən,

Ala gözü ovulmuş,

O məsum sonanı çək!

Vətən məni çağırır:

Baş dərisi soyulmuş,

Gözü ovcuna qoyulmuş,

Sarılaraq asılmış,

Boğazları kəsilmiş,

“Lay divar!” oğlanı çək!

Vətən məni çağırır:

Alovu göyə bülənd

Dam-daşı, pəyəni çək!

Vətən məni çağırır:

Dağı çək, dərəni çək!

Yanan xanimanları,

Qırılmış meşəni çək!

Vətən məni çağırır:

Talanmış bağçaları,

Qarsalmış çəməni çək!

Vətən məni çağırır:

Dağıdılan şəhəri,

Uçulan məskəni çək!

Vətən məni çağırır:

Düşmənin tapdağında

Kül olmuş Vətəni çək!!!

Kül olmuş Vətəni çək!!!

Çəkdim yaddaşa qoydum!

Dərdimi qoşa qoydum!

Tarixlə sirdaş kimi!

Bu lentdə mən də varam,

Cüt, qoşa qardaş kimi!

Tarixə sirdaş kimi!...

Çəkdim yaddaşa qoydum,

Dərdimi qoşa qoydum!...

       

*

Bax, necə ər doğubsan,

Yaşa, var ol, ay ana!

Sən özün qəhrəman tək,

Gəlmisən bu cahana!

Bu gənc, igid oğulun,

Hünəri asimanmış!

Könüllü qəhrəmanlıq,

Özü elə vulkanmış!?

Böyük hünər sahibi,

Olmalısan gərək sən,

Bu güllə “yağış”ından,

Sağ və qalib dönəsən!?

*

Çəkdi elin dərdini,

Kamera yaddaşına,

Göydən odlar töksə də,

Dayanmadan başına!

Hər körpəyə, qocaya,

Doğma kimi ağladı,

Vulkan kimi bağırdı,

Tufan kimi çağladı!

*

Nə idi bu igidlik?

Nə idi bu çırpınma?

Babəkmi dirilmişdi?

Dönmüşdü yaddaşına?

Dünya durduqca bilin,

Bu igidlik qalacaq!

Yeni gələn nəsillər,

Qisasımı alacaq!

*

-İgidlər torpaq olub,

Torpağına qarışdı!

Köksün üstü qan gölü,

Xocalım, nə qarğışdı?

Düşmən gözü kor olmuş,

Sən demə qəsdinədir!

Bu yaramaz qatilin,

Bilmədim qəsdi nədir?!

*

-Xocalım, gözəl şəhər,

Neçə elin var idi?

Ürəyinin başında,

Heç nisgilin var idi?

Obaların sahibsiz,

Dağlar düşmənə qaldı!

Gülüstanın, çəmənin,

Ağlar, düşmənə qaldı!

Unutduq tarixi biz,

Cəzamızdır çəkirik!

Düşmənə nifrət adlı,

Acı toxum əkirik!

*

-Qabaqkı qırğnlarım,

İzsiz, soraqsız qaldı!

Xocalı, dəhşətini,

Çingiz tarixə saldı!

Əvvəlki qırğınları,

Bizə unutdurdular!

Xocalı unudulmaz,

Çingiz var!!!

Kamera var!!!

Xocalı unudulmaz!

Çingiz var!!!

Həqiqət var!!!

*

-Xocalım bir gül idi,

Vətənimdə, elimdə!

Yanılqlı bayatıdır,

İndi ana dilimdə!

 

-Əzizim, qandı, haray!

Dörd yanım qandı, haray!

Namərdlərin əlində,

Xocalım yandı haray!

 

Əzizim, od tutubdur,

Od yanıb, od tutubdur,

Qırılıb xocalılar,

Torpağı yad tutubdur!

*

-Əzizim, nədən oldu?

Sovulub, gedən oldu,

Xocalı tək el yandı,

Qəlb zədən-zədən oldu!

 

-Əzizim, nədən deyim?

Ruh deyim bədən deyim,

Xocalı oda yandı,

Ağını nədən deyim?

*

-Əzizim, atmadım mən,

Oyaqdım, yatmadım mən,

Xocalı tək torpağı,

İtirdim, satmadım, mən!

 

Əzizinəm, güc gəldi,

Yağı mənə güc gəldi,

Talandı mərd Xocalım,

92-m kəc gəldi!

*

-Əzizim, ucdu neylim,

Əlimdən ucdu neylim?

İndi Xocalı ruhu,

Bir qərib quşdu, neylim?!

 

Əzizim, göyün altı,

Talandı göyün altı!

Bu qırğını eylədi,

366! Üç yüz altımış altı!

 

Əzizim, oldu köçdü!

Dərd bizə oldu, köçdü!

Yer kürəsi eşirsin!

Xocalım doldu, köçdü!

*

 

Əzizinəm binələr,

Yada qaldı binələr!

Nola, igid ərlərim,

Düşmənləri yenələr!

 

Əzizinəm adətdi,

Dərdi yenmək adətdi,

Düşmənə əsir düşmək,

Yesir olmaq pis dərdi!

*

-Əzizinəm pis dərdi,

Qoyma, gələ pis dərdi,

Azad ol, mənim könlüm,

Qov ürəkdən pis dərdi!

 

Əzizim, çəkərik biz,

Hər dərdi çəkərik biz,

Bizdə nifrət yox idi,

Yenidən əkərik biz!

 

Əzizim, nə düşməndi?

Yüz feli, yüz fəndi,

Atalar dedi: “Düşmən,

Yüz il qala düşməndi!”

*

-Əzizim, üz qarası,

Yamandı üz qarası,

Məğlubiyyət pis şeydi,

Onun da yüz yarası,

 

Əzizim torpaq gedir,

Əlimdən torpaq gedir,

Sevinməsin düşmənlər,

Başımın üstə Haqq gedir!

*

-Əzizim zəlil olduq,

Şah idik, zəlil olduq!

Düşmən yenilmədisə,

Şikəst və əlil olduq!

 

Əzizim, damsız qaldıq,

Binəsiz, damsız qaldıq,

Özgəyə ümid olduq,

Piltəsiz, şamsız qaldıq!

***

Aləmə car çəkdi

Sarı rus bir vaxt,

“Qırdı alman bizi,

Qırdı dünyanı!”

Almanın əsgəri

Mədəni imiş?

Çəkirdi tüfəngi,

Alırdı canı!

Bəs sənin əsgərin

Neylədi, söylə!?

Bakıda törənən

20 Yanvar!

Tiflisdə etdiyin

9-u aprel!

Qazxıstandakı

Qırğın, qadalar!

Bəs Rumın elləri?

Bəs Əfqanıstan?

Çeçen çıxa bilmir,

Qan çanağından!

İndi sən verdiyim

Sualdan utan!

*

-Söylə, dinc Xocalı

Neylədi sənə!?

Dağ çəkdin!

Dağ çəkdin!

Cavab ver mənə!

Başını qaldırıb,

Haqqı görsənə!

Bir insan cəlladı,

Bir qəssab, əgər,

Sənə təhrik ilə

Bu hökmü verər,

Bəs sənin insafın

Hardaydı, qatil!

Oldun erməniylə,

Müştərək, əlbir?

İnsan da insanı

Yandırarmı heç?

İnsan da insanı

Boğazlayarmı???

Qarşında dayanmış

Müqəddəs körpə,

Onun bu dünyada

Günahı varmı?

*

Cavab ver sözümə,

Sən ey qaniçən!

Sən axı insansan,

Vəhşi deyilsən!

Tutduğun işlərdən

Peşiman ol bir!

Bu dünya sən görən,

Dünya deyildir!

Durar gözlərinə

Günahsız qanlar!

Sorğusuz, sualsız

Ölən o canlar!!!

Günahsız körpələr,

Qızlar, qarılar...

Ey cəllad! Başına

Dünya dar olar!..

Mənim məmləkətim

Hamıya dostdur!

Zalım zülm evində

Bir gün qan qusur!

Gözlərindən gəlir,

Şərin əməli!

Namərd, nahaqqa sən

Söyləmə, bəli!

*

-Yurdumun haqqını,

Tapdalayanlar,

Bilsin ki, dünyada

Haqq-ədalət var!

Dövrün ədaləti

Başqa dildədir!

Zamanlar söhbəti

Başqa dildədir!

Qoca tarix bir gün

Cavab istəyər!

Ey zalım dünyanın

Kor xiridarı!

Talandı əlinlə

Xalqımın varı!

Etdiyin dəhşətə

Göylər də dindi!

Bir şair sözünə,

Cavab ver indi!

Bir şair sözünə

-Cavab ver indi!

-Cavab ver!

-Cavab ver! 

 

*

Bir Azər qızıyam mən,

Adım da var, odum da!

Qərinələr görmüşəm,

Tarixlər var yadımda!

 

Elə od qızıyam ki,

Odum qalıb yadigar,

Atəşgahda min ildir,

Saxlanılır o odlar!

 

Soyum, köküm, dünənim,

Sizə minnətdaram mən!

Dinlə elim, vətənim,

Xidmətində varam mən!

*

Yara dərin, bu gün fəqət,

Qoy eşitsin məni millət,

İradəmiz yenilməsin!

Yağı düşmən qoy gülməsin!

 

Bu dərdimi ovudacaq,

Səngərləri dağıdacaq,

Bir təpər var ürəyimdə!

Tanrı gücü biləyimdə!

 

Ordu quraq, səf-səf duraq!

Düşmənlərə qan udduraq!

Kor olmuşduq tüstümüzdən,

Qəza keçdi üstümüzdən!

*

Alovlanır içim-çölüm!

Ey igidlər, yaxşı bilin!

İndi qeyrət zamanıdır!

Yurdun imtahan anıdır!

 

Dalğalansın bayrağımız!

Yox! Dağılmaz növrağımız!

Oğuz eli ölməmişdir!

Düşmən görə bilməmişdir!

 

Damarımda axan qandır!

Həlledici imtahandır!

Ya, bu günüm, ya sabahım!

Qoy qurulsun ordugahım!

 

Guruldasın mərmilərim!

Düşmən üstədir səfərim!

Mübarizlər doğulacaq!

Düşmənlərim qovulacaq!

*

Alovlara sinə gərən,

Vətənsevən bir əsgərəm!

Bu gün məğlubdur ölkəmiz!

Vətən eşqim-ümman, dəniz!

 

Yenilməzlər ordusuyuq!

Canfədalıq bizə buyruq!

Haqq yoluyla mən gedərəm!

Torpağı azad edərəm!

 

Od almışam ocağımdan,

Ad almışam torpağımdan!

Sadiqəm mən sənə Vətən!

Güləcəksən  yenə Vətən!

*

Yaralarım səngiməyir!

Yurdum intiqam istəyir!

Yürü əsgər, yürü əsgər!

Harda hünər, orda zəfər!

 

Düşmən bağrını dəlməyə!

Vətən qədrini bilməyə!

Ucal əsgər, ucal əsgər!

Düşmənimdən öc al, əsgər!

 

Vətən çağırır, dardadır!

Analar intizardadır!

Yağıya gücümü göstər!

Səhvini, suçunu göstər!

 

Qəlbimdə dözüm var bu gün!

Dünyaya sözüm var bu gün!

Yeriyək düşmən üstünə!

Duraq yağının qəsdinə!

 

Qüvvəmizə arxalandıq!

Məşəl olub alovlandıq!

Vətənim bu gün səfərbər!

Yürü əsgər, yürü əsgər!

*

 Qəzəbdən yanar,

Can alovlanar!

Haydı əsgərlər!

Haydı irəli!

 

Alaq yağıdan,

Anamiz yeri!

Düşməni əzib,

Dönərik geri!

 

Haydı, əsgərlər,

Haydı, irəli!

Mərd cəngavərlər,

Haydı irəli!

 

Haqqın nəfəsi,

Bizə yar olsun!

Dönmərik geri,

Boran qar olsun!

 

Haydı, əsgərlər,

Haydı, irəli!

Mərd cəngavərlər,

Haydı, irəli!

 

Anamız bizi,

Görüşə səslər!

Bu ana Vətən,

Aslanlar bəslər!

 

Haydı, əsgərlər,

Haydı, irəli!

Mərd cəngavərlər,

Haydı irəli!

 

Vətən gözləsin

Yollarımızı!

Hərbdə sınayaq,

Qollarımızı!

 

Haydı, əsgərlər,

Haydı irəli!

Mərd cəngavərlər.

Haydı, irəli!

 

Sevgili bir yar,

“İntiqam!”-deyir!

Yaralı diyar,

“Qana-qan!”-deyir!

 

Haydı, əsgərlər,

Haydı, irəli!

Mərd cəngavərlər,

Haydı, irəli!

 

Ey Vətən oğlu!

Müjdələr dolu,

Səhər bizimdir!

Zəfər bizimdir!

 

Haydı, əsgərlər,

Haydı, irəli!

Mərd cəngavərlər,

Haydı, irəli!

 

*

Azad ol mənim torpağım,

Azad ol mənim diyarım!

Bu dünyada sənsən mənim

Eşqim, ruhum, dövlət, varım!

*

Üzüyündə qaş olaram, ana Vətən!

Torpağında daş olaram, ana Vətən!

Parlaram, günəş olaram, ana Vətən!

Sən uca tut məni doğma balan kimi,

Mən hamıdan baş olaram, ana Vətən!

 

Bal suyuna, saf havana qurban olum!

Əziz, məlhəm dərd-davana, qurban olum!

Mənzilinə, son yuvana qurban olum!

Eşit mənim sözlərimi, ana Vətən!

Yerə qoyma dizlərini, ana Vətən!

 

Sənə sadiq bir balanam, eşqim təmiz,

Sənə olan məhəbbətim, dərya, dəniz,

Əzəl başdan adın olubdur qibləmiz,

Dönmə sınan murazlara, ana Vətən!

Qan axmasın arazlara, ana Vətən!

***

Ulu haqqım səni sevər, sən azad ol!

Düşmənin bəlasın verər, sən azad ol!

Zərəngiz sədasın verər, sən azad ol!

Qarabağdır aman yerim, ana Vətən!

Cəngilər çalınan yerim, ana Vətən!

Azərbaycanın üçrəngli bayrağı ortaya gətirilir. Azərbaycan və SSRİ Xalq Artisti Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları meydanı doldurur.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə