Böyüyən dərdimi torpaq itirdi,

Kiçilən mənəmsə, sözlərimi çək!

Bölünən düşmən də, dost da mənimdi,

Vətənin lal olan hisslərini çək!

 

 

Kor gözə aydınlıq, paxıllıq eylər,

Axar yanağına... ağırlıq eylər.

Dilin dodağına fağırlıq eylər,

Vətənin lal olan hisslərini çək!

 

Gedən ayaq istər, qalansa əllər,

Bir an ayrılığa dayanar illər.

Ruhum “xiyabanda” hələ dövr edər...

Vətənin lal olan hisslərini çək!

 

Mən gülüm, sən də gül, gülsün Vətən də,

Ana Vətənimi, anam, bəzəklə.

Bir şəhid balası söylər bələkdə:

Vətənin lal olan hisslərini çək!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə