Son xəbərlər

 

Gücüm varmış
indi bilmədiklərimin
dərdinə qalmağa,
Bir bilsən ki
dərd necə üşüyür.

İndi gəzmək istədim-
yer var yaxşı ki ,
addımbaşı dərdləri
ayaqlamağa.

Şarf,əlcək istədin
yarımçıq yuxumda,
Son dəfə üşüyən
barmaqların
necədi indi?
Narahatsan?
Əti didib yeyən
qanı içib sovuran
yer var-
adı Tor
paq,
dərd torpaq qədər
 torpaq qədər dərd var-
dərd boydadı məzar...


məzar torpağına
sağol dedim  gələndə,
bu keşikçi torpaqların
borcu var əslində
başdaşını saxlamağa,
sümüyünü qorumağa,
bir sağol da deyəcəm
baş qoyduğun torpağa.
Bilsən ki
torpaq necə üşüyür...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə